9.
Eyni qayda ilə "Tələbələr" və "İxtisaslar" cədvəlləri arasında əlaqə qurun.
8.
Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.
10.
Baş pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla
dəyişiklikləri yadda saxlayın.
Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının siyahısında ümumilikdə yüzdən
artıq ixtisas var. Ancaq məlumdur ki, hər bir ali məktəbə bu ixtisasların yalnız bir
qismi aiddir. "Students" verilənlər bazasının strukturunda elə dəyişiklik aparın ki,
tələbənin təhsil aldığı ali təhsil müəssisəsini qeyd etdikdən sonra ixtisası seçən
zaman "İxtisaslar" cədvəlində olan bütün ixtisasların siyahısı deyil, yalnız həmin
ali təhsil müəssisəsində olan ixtisasların siyahısı açılsın.
İpucu. Bunun üçün hər bir təhsil müəssisəsi üzrə
ixtisasları özündə saxlayan
yardımçı bir cədvəl yaradın.
Özünüzü yoxlayın
1. Cədvəllərin strukturu hansı rejimdə yaradılır?
2. "Students" verilənlər bazası normallaşdırma tələblərini ödəyirmi?
3. Cədvəllərarası əlaqələr necə qurulur?
4. Verilənləri cədvəllərə hansı yollarla daxil etmək olar?
5. Əgər sizə orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olunmuş tələbələrin siyahısı lazım
olarsa, sorğu şərtini necə verəcəksiniz?