4.
Cədvəllər arasında əlaqə yaratmaq üçün öncə baş pəncərənin iş sahəsində açıq qalmış
Tələbələr, Ali məktəblər və İxtisaslar səhifələrini qapadın.
5.
Göstəricini "Tələbələr" cədvəlinin AliMəktəbKodu sahəsinin üzərinə apann, siçanın
düyməsini basın və onu "Ali məktəblər" cədvəlinin AliMəktəbKodu açar sahəsinə
doğru hərəkət etdirin. Sahənin üzərinə çatdıqda siçanın düyməsini buraxın. Edit
Relationships dialoq pəncərəsi açılacaq.
6.
Bu pəncərədə əlaqəli cədvəllərin və əlaqələrin təmin olunduğu sahələrin adları
verilib. Pəncərənin aşağı hissəsində cədvəllərarası əlaqənin (münasibətin) tipi verilib
(“One-To-Many” - “Birin çoxa”).
7.
Öncə Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra isə
Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və Cascade
Delete Related Records (Əlaqəli sahələrin ard-arda uzaqlaşdırılması) yoxlama
sahələrini qeyd edin.