9.
Yeni "Ali məktəblər" cədvəlini yaratmaq üçün Create menyusunu açın və Tables
bölümündə Table bəndini çıqqıldadın. Cədvəllər siyahısına yeni cədvəl əlavə olunacaq.
10.
View düyməsini çıqqıldadın və Design View rejimini seçin. Açılan Save as dialoq
pəncərəsində Table Name (Cədvəlin adı) sahəsinə Ali məktəblər
adını yazın və OK
düyməsini çıqqıldadın.
11.
5-8 addımlarını "Ali məktəblər" cədvəli üçün təkrar edin.
12.
Eyni qayda ilə "İxtisaslar" cədvəlini yaradın.
"Students" verilənlər bazasının cədvəlləri arasında müəyyən əlaqələrin olduğunu
görmək çətin deyil. Belə bir əlaqə istər "Tələbələr" cədvəli ilə "Ali məktəblər",
istərsə də "Tələbələr" cədvəli ilə "İxtisaslar" cədvəli arasında mövcuddur. Belə ki,
hər bir tələbə müəyyən ali təhsil müəssisəsinə və müəyyən ixtisasa qəbul olununur.
Cədvəllər arasında əlaqələrin yaradılması
1.
Database Tools
Relationships menyu
komandasını seçin.
2.
Relationships səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq.
3.
Ardıcıl olaraq "Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərini seçdirin və Add düyməsini çıqqıldadın. Sonda Show Table dialoq pəncərəsini qapadın. Relationships səhifəsində üç kiçik düzbucaqlı pəncərə yaranacaq. Hər pəncərənin başlığında uyğun cədvəlin adını görəcəksiniz.