3.
Cədvəlin strukturunu yaratmaq üçün View (Görünüş) düyməsini çıqqıldadın və
konstruktor rejimini (Design View) seçin. Save As (... kimi
saxla) dialoq pəncərəsi
açılacaq
4.
Table Name (Cədvəlin adı) sahəsinə Tələbələr adını yazın və OK düyməsini
çıqqıldadın. "Tələbələr" cədvəli konstruktor rejimində açılacaq.
5.
Blankın yuxarı hissəsində Field Name (Sahənin adı) sütununda sahənin adını
(TələbəKodu) daxil edin. Qonşu Data Type (Verilənin tipi)
sütununda susqunluqla təyin
edilmiş AutoNumber (Sayğac) verilən tipini dəyişməyin. Əgərbu sahə haqqında açıqlama
vermək istəyirsinizsə, Description (Təsvir) sütununda uyğun qeydlərinizi yazın. <Enter >
klavişini basın. Access proqramı cədvəlin birinci sətrini (TələbəKodu sahəsini)
susqunluqla başlıca açar kimi təyin edir. Başlıca açar üçün sahənin Indexed (İndekslənmiş)
xassəsinin qiyməti belə təyin olunur: Yes (No Duplicates), yəni bu sahə indekslənib və
onun qiyməti təkrarlana bilməz. Sahənin başlıca açar olmasını Field Name (Sahənin adı)
sütununun solundakı boz sütundakı açar simvoluna görə bilmək olar.
6.
İkinci sahənin adını (Soyadı) daxil edin və onun tipini Text (Mətn) seçin. Sahənin
xassələri (Field Properties) bölümündəki General (Ümumi) səhifəsində Field Size
(Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal uzunluğu -
255 qiyməti qoyulub. Həmin qiyməti dəyişərək 20 edin. Bu qiymət ən uzun soyad
üçün yetərlidir.
7.
Eyni qayda ilə "Tələbələr" cədvəlinin qalan sahələrini də daxil edin.
8.
Baş pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda
saxlayın.