Baza yalnız öz məktəbinizin məzunlarını əhatə edəcəyindən aydındır ki, cədvəldəki
ÜmumtəhsilMəktəbi sahəsinin qiyməti (tələbənin məzun olduğu
ümumtəhsil
məktəbi) bütün yazılarda eyni olacaq. Deməli, bu sahə artıqdır, çünki bazadakı bütün
tələbələr eyni bir ümumtəhsil məktəbinin məzunlarıdır.
Məzunun hansı ali və ya orta ixtisas məktəbinə qəbul olunması önəmlidir, ancaq
"Tələbələr" cədvəlində belə bir sahə yoxdur. Ona görə də cədvəlin strukturuna ali
təhsil müəssisəsinin adını göstərən sahə (məsələn: AliMəktəb sahəsi) əlavə
edilməlidir. Burada bir məsələyə xüsusi diqqət yetirilməlidir: bir neçə tələbə eyni ali
və ya orta ixtisas məktəbinə qəbul oluna bilər. Onda cədvəli verilənlərlə doldurarkən
eyni məlumatı bir neçə dəfə yenidən yazmaq lazım gələcək. Nəticədə "Tələbələr"
cədvəli təxminən aşağıdakı kimi olacaq:
Tələbə
Kodu
|
Soyadı
|
Adı
|
AtasınınAdı
|
...
|
AliMəktəb
|
12
|
Əhmədli
|
Sevinc
|
Elşən
|
...
|
Bakı Dövlət Universiteti
|
13
|
Əlizadə
|
Orxan
|
Arif
|
...
|
ADA Universiteti
|
14
|
Kərimli
|
Əli
|
Cəmil
|
...
|
Bakı Dövlət Universiteti
|
15
|
Məmmədova
|
Günel
|
Vüqar
|
|
Bakı Dövlət Universiteti
|
Bu halda bir neçə problem yaranır. Birincisi, belə
verilənlər bazası sərt diskdə daha
çox yer tutur. Əgər hər hansı ali məktəbin adını (məsələn: Bakı Dövlət Universiteti)
bir dəfə yazıb saxlamaq kifayət edirsə, onun üç və ya daha çox dəfə yazılmasına nə
ehtiyac var? İkincisi, eyni bir informasiyanın
təkrar-təkrar daxil edilməsi nəticəsində
qaçılmaz xətalar yarana bilir; məsələn, hansısa yazıda ali məktəbin adında bir hərf
səhvi olarsa, həmin ali məktəbə görə axtarış apardıqda, yaxud sorğu verdikdə alınan
nəticələr tam olmur. Üçüncüsü, hər hansı təhsil
müəssisəsinin adı dəyişildikdə həmin
adın olduğu bütün yazılarda müvafiq dəyişikliyin edilməsi zərurəti yaranır.
Bu problemin düzgün həlli "Tələbələr" cədvəlini iki cədvələ - "Tələbələr" və "Ali
məktəblər" cədvəllərinə ayırmaq, sonra isə onlan uyğun açar sahələrə görə
əlaqələndirməkdir.
Eyni fikirləri tələbənin qəbul olunduğu (oxuduğu) ixtisasla bağlı da demək və həmin
problemi də analoji qaydada həll etmək olar.
Beləliklə, "Tələbələr" verilənlər bazasının bir cədvəldən deyil, üç cədvəldən -
"Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərindən təşkil edilməsi daha məqsədəuyğundur.