İkinci normal formada (second normal form, 2NF) açara daxil
olmayan hər bir
sahənin açar sahədən bütövlükdə (onun bir hissəsindən deyil) asılı olması tələb
edilir. Bu qayda başlıca açarın bir neçə sahədən təşkil olunduğu halda tətbiq edilir;
məsələn, tutaq ki, cədvəlin başlıca açan iki sahədən ibarətdir:
• Sifarişin kodu (başlıca açar)
• Kitabın kodu (başlıca
açar)
• Kitabın adı
Belə struktur ikinci normal formanın tələbinə uyğun deyil, çünki kitabın adı kitabın
kodundan asılıdır, sifarişin kodundan isə asılı deyil; deməli, bu sahə yalnız başlıca
açarın bir hissəsindən asılıdır. Ona görə də "Kitabın adı" sahəsi cədvəldən silinib,
başqa bir cədvələ ("Kitablar") daxil edilməlidir.
Üçüncü normal formada (third normal form, 3NF) açar olmayan
sahələrin başlıca
açardan asılı olması ilə yanaşı, həm də bir-birindən asılı olmaması tələb edilir. Başqa
sözlə, açar olmayan hər bir sahə yalnız başlıca açardan asılı olmalıdır. Tutaq ki,
cədvəl aşağıdakı sahələrdən ibarətdir:
• Kitabın kodu (başlıca açar)
• Kitabın adı
• Satış qiyməti
• Güzəşt
Fərz edək ki, güzəşt satış qiymətindən asılıdır. Bu halda cədvəl üçüncü normal
formanın tələbinə uyğun deyil, çünki açar olmayan "Güzəşt" sahəsi açar olmayan
başqa bir sahədən - "Satış qiyməti" sahəsindən asılıdır. Sahələrin müstəqil olması
tələbi onu bildirir ki, açar olmayan hər hansı sahənin dəyişməsi başqa sahələrə təsir
etməməlidir. Ancaq "Satış qiyməti" sahəsindəki qiymət dəyişdikdə "Güzəşt"
sahəsindəki qiymət də qaydanın əksinə olaraq uyğun qaydada dəyişər. Ona görə də
bu halda güzəşt sahəsini satış qiymətinin açar olduğu başqa bir cədvələ keçirmək
lazımdır.
"Fəaliyyət" bölümündə sxemi verilmiş "Kitabxana" verilənlər bazasını
normallaşdırma qaydaları baxımından təhlil edin. Hansı normal formanın tələbləri
pozulub? Bu yanlışlığı necə aradan qaldırmaq olar?
Özünüzü yoxlayın
1. Verilənlər bazasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2. Verilənlər bazasının normallaşdırılması nəyə lazımdır?
3. Birinci normal forma hansı tələbə cavab verməlidir?
4. İkinci normal formada nə tələb olunur?
5. Üçüncü normal forma hansı şərtin ödənilməsini tələb edir?