4.
Cədvəllərin strukturunun müəyyənləşdirilməsi.
Hər bir cədvəldə hansı verilənlərin saxlanmalı olduğunu müəyyənləşdirin.
Hər bir verilənlər elementi ayrıca sahəyə daxil ediləcək və cədvəlin sütunu
olacaq; məsələn: "Əməkdaşlar" cədvəlinin "Soyad", "İşəgirmə tarixi" kimi
sahələri ola bilər.
Diqqət!
Cədvəl strukturuna hesablanılan verilənlər daxil
etməyin.
Hesablamaların nəticələrini cədvəllərdə saxlamağa gərək yoxdur. Bunun əvəzinə
hər dəfə zərurət yarandıqda hesablamaları proqramın özündə yerinə yetirin.
İnformasiyanı mümkün qədər kiçik məntiqi komponentlərə
ayırın.
Müxtəlif verilənlərin bir sahədə birləşdirilməsi onlardan sonradan istifadə
edilməsini çətinləşdirir. İnformasiyanı məntiqi komponentlərə ayırmaq lazımdır;
məsələn: ad və soyadın ayrıca sahələrdə saxlanması daha yaxşıdır.
5.
Başlıca açar sahələrinin müəyyənləşdirilməsi.
Cədvəllərin başlıca açarlarını müəyyən edin. Başlıca açar
(primary key) hər
bir yazını birqiymətli təyin edən sütundur; məsələn: kitabın kodu, sifarişin
nömrəsi.
6.
Cədvəllərarası əlaqələrin yaradılması.
Bütün cədvəlləri təhlil edin və bir cədvəlin verilənlərinin başqa cədvəllərin
verilənləri ilə necə əlaqəli olduğunu müəyyənləşdirin. Zəruri əlaqələri qurmaq üçün cədvəllərə
sahələr əlavə edin, yaxud yeni cədvəllər yaradın.
7.
Bazanın strukturunun təkmilləşdirilməsi.
Bazanın strukturunda yanlışlıqların olub-olmadığını yoxlayın. Cədvəllər
yaradın və onlara nümunə olaraq bir neçə yazı əlavə edin. Alınan nəticələri
təhlil edin. Strukturda zəruri dəyişikliklər aparın.
8.
Normallaşdırma qaydalarının tətbiqi.
Cədvəllərin strukturunun düzgünlüyünü yoxlamaq üçün normallaşdırma
qaydalarını yoxlayın. Cədvəllərdə zəruri dəyişikliklər edin.
Bu sonuncu addım üzərində bir az ətraflı dayanaq. Normallaşdırma qaydaları
cədvəllərin strukturlarının düzgünlüyünü yoxlamağa imkan verir. Bu qaydaların
verilənlər bazasının strukturuna tətbiqi verilənlər bazasının
normallaşdırılması və
ya, sadəcə, normallaşdırma (normalize) adlanır.
Normallaşdırma qaydalarının tətbiqi ardıcıl yerinə yetirilir; hər birmərhələdə verilənlər bazasının
bir normal formaya uyğunluğu yoxlanılır. Beş normal forma olsa da, adətən, onların ilk üçündən istifadə olunur.
Açar
sözlər
• Verilənlər bazası
• Cədvəl
• Yazı
• Sahə
• Başlıca açar
• Normallaşdırma
• Birinci normal forma
• İkinci normal forma
• Üçüncü normal forma
Birinci normal formanın (fırst normal form, 1NF)
tələblərinə görə, cədvəlin sətir və sütununun
kəsişməsindəki hər bir xanada yalnız bir qiymət
olmalıdır; məsələn: "Kitabın adı" sahəsində bir
neçə kitabın deyil, yalnız bir kitabın adı olmalıdır.