Verilənlər bazası (database), sözün geniş anlamında,
verilənlərin hər hansı yığınıdır. Onun
əsasını
cədvəllər (tables) təşkil
edir. Adi və elektron cədvəllər kimi, verilənlər bazasının
cədvəlləri də sətir və sütunlardan ibarətdir.
Sadə verilənlər bazası cəmi bir cədvəldən təşkil edilə
bilər,
ancaq onların əksəriyyətində bir neçə cədvəl olur; məsələn,
"Kitabxana" verilənlər bazasının bir cədvəlində fondda olan
kitablar, ikincisində oxucular, üçüncüsündə isə sifarişlər haqqında
məlumat saxlanıla bilər.
Verilənlər bazası cədvəlinin hər bir sətri yazı (record), sütunu isə
sahə (field) adlandırılır. Yazılar ayrı-ayrı verilənləri birləşdirməyə
imkan verir. Hər bir sahə ayrıca bir veriləni təmsil edir; məsələn,
"Kitablar" cədvəlində hər bir sətir və ya yazı bir kitab haqqında
məlumatdan ibarətdir. Hər bir sütunda və ya sahədə isə kitab
haqqında müəyyən verilənlər (məsələn: adı, qiyməti) saxlanılır.
Bu maraqlıdır
Dünyanın ən böyük kitabxanaları
№ |
Adı |
Yeri |
Fondundakı
materialların miqdarı
|
İşçiləri
sayı
|
1 |
Konqres
Kitabxanası
|
ABŞ, Vaşinqton |
164 milyon+ |
3149 |
2 |
Britaniya
Kitabxanası
|
Birləşmiş
Krallıq, London
|
150 milyon+ |
1977 |
3 |
Kanada Kitabxanası
və Arxivi
|
Kanada, Ottava |
54 milyon |
874 |
4 |
Nyu-York Kütləvi
Kitabxanası
|
ABŞ, Nyu-York |
53.1 milyon |
2937 |
5 |
Rusiya Dövlət
Kitabxanası
|
Rusiya, Moskva |
44.4 milyon |
1972 |
Konqres Kitabxanasının ümumi fondunda 38 milyondan çox kitab və
digər çap məhsulları, 14 milyon fotoşəkil, 5.5 milyon coğrafiya
xəritələri, 8.1 milyon not yazısı və 70 milyon əlyazma
saxlanılır. Təxmini hesablamalara görə, müxtəlif fondlardakı
bütün materiallar rəqəmsal formata çevrilsə, 20 Tbayt-dan çox
olar və bu həcm hər gün artır. Konqres Kitabxanasının xüsusi
şöbəsi müəlliflik hüquqlarının sənədləşdirilməsi ilə məşğul
olur. Sənədləşmə işlərini İnternet üzərindən də - kitabxananın
saytında zəruri blankı doldurmaqla da aparmaq mümkündür.
Verilənlər bazasının işlənib-hazırlanması prosesi aşağıdakı
addımlardan ibarətdir:
1.
Verilənlər bazasının yaradılma məqsədinin
müəyyənləşdirilməsi.
Növbəti addımların icrasına hazırlaşmaq üçün bu çox vacibdir.
2.
Zəruri verilənlərin axtarılması və təşkili
Bazada saxlanılması zəruri olan bütün verilənləri (məsələn:
kitabların adlarını, sifarişlərin nömrələrini) toplamaq
lazımdır.
3.
Verilənlərin cədvəllər üzrə paylanması.
Verilənləri qruplar və ya mövzular (məsələn: "Kitablar" və ya
"Sifarişlər") üzrə paylayın. Hər bir mövzu üçün ayrıca cədvəl
yaradılacaq.