Beləliklə, layihənin icrasının gedişində struktur sxemlər
dəfələrlə dəyişdirilə və təkmilləşdirilə bilər.
3.
İcraetmə. Layihənin
icrası dedikdə qurulmuş planın gerçəkləşdirilməsi prosesi başa
düşülür. Nəzərdə tutulmuş planın vaxtında yerinə yetirilməsi üçün
işə cəlb olunmuş insanların və başqa resursların uzlaşdırılması
çox vacibdir. Nəzərdə tutulmuş plandan sapmaları aşkarlamaq və
onların layihəyə təsirini qiymətləndirmək üçün layihənin icrası
müntəzəm olaraq ölçülməli və təhlil olunmalıdır.
Açar
sözlər
• Layihə
• Şəlalə modeli
• Layihənin mərhələləri
• Layihənin ideyası
• Layihənin strukturu
• Planlaşdırma
• İcraetmə
• Nəzarə
4.
Nəzarət. Layihənin icrasına
nəzarət etmək üçün seçilmiş mərhələlərdə nəticələr müəyyən olunur və
sonra onlar planla tutuşdurulur. Əgər müqayisə nəticəsində fərqlər
aşkarlanarsa, onların aradan qaldırılması üçün tədbirlər
planlaşdırılır; məsələn, belə tədbirlər kimi əlavə resursların cəlb
olunması, yaxud bəzi işlərin bitmə tarixlərində dəyişikliklər
edilməsi təklif oluna bilər.
Layihəyə nəzarət dönəmli olaraq həyata keçirilməlidir. Faktiki və
plan göstəriciləri arasındakı fərqlərin vaxtında aradan qaldırılması
çox önəmlidir. Bundan başqa, dönəmli nəzarət nəticəsində layihənin
yerinə yetirilməsinin real müddətini daha dəqiq proqnozlaşdırmaq
mümkündür. Aparılmış nəzarət və təhlillərin nəticələri haqqında
layihəyə cavabdeh şəxslər məlumatlandırılmalıdır.
5.
Bitirmə. Hər bir layihə
tez-gec sona çatır. Layihənin sona çatmasının ən geniş yayılmış
şərti, sadəcə, layihənin yerinə yetirilməsidir. Bəzən layihənin
gerçəkləşdirilməsi prosesində onun miqyasında, dəyərində və
müddətində müəyyən dəyişikliklər edilməsinə zərurət yaransa da,
layihələrin əksəriyyəti nəzərdə tutulduğu vaxtda sona çatır.
İnternetdə axtarış aparmaqla "Manhetten layihəsi" ("Manhattan
Engineering District Project") və sovet atom bombasının yaradılması
layihəsi haqqında məlumat toplayın. Bu layihələr haqqında ayrıca
hesabatlar hazırlayın. Hesabatlara hər iki layihədə iştirak etmiş
dünya şöhrətli fıziklər barədə də məlumatlar daxil edin.
Özünüzü yoxlayın
1. Layihə nə deməkdir?
2. Layihələri necə təsnif etmək olar?
3. Layihələr hansı əsas mərhələlərdən ibarət olur?
4. Layihənin icrasına nəzarət nə üçün lazımdır?
5. Respublikamızda həyata keçirilmiş hansı irimiqyaslı yerli və beynəlxalq layihələr
haqqında məlumatlısınız?