İcra müddətinə görə layihələr qısamüddətli (1 ilədək),
ortamüddətli (1 ildən 2 ilədək) və
uzunmüddətli (2 ildən
artıq) ola bilər; məsələn, Marsın tədqiqi ilə bağlı beynəlxalq
layihə uzunmüddətlidir və on illərlə davam edəcək.
Mürəkkəbliyinə və miqyasına görə
layihələri
sadə, orta və mürəkkəb deyə
üç növə ayırırlar; məsələn, hər hansı yolun çəkilməsi layihəsi
mürəkkəbliyinə və miqyasına görə Marsın tədqiqi ilə bağlı beynəlxalq
layihə ilə müqayisə oluna bilməz.
Hər bir layihənin işlənib-hazırlanması bir neçə (adətən, dörd
üstəgəl bir) mərhələdən keçir:
başlatma, planlaşdırma, icraetmə, bitirmə
və bir də nəzarət.
Layihənin mərhələlərə bu cür bölgüsünə çox zaman
şəlalə modeli (waterfall model)
deyilir.
Layihənin mərhələləri
1.
BAŞLATMA
2.
PLANLAŞ -
DIRMA
3.
İDARƏETMƏ
4.
NƏZARƏT
5.
BİTİRMƏ
1. Başlatma. Yeni layihənin hazırlanması
yolunda ilk mərhələ hər hansı ideyanın
əmələ gəlməsi və dərk edilməsidir. Layihənin həyata keçirilməsinin uğuru onun
ideyasının nə qədər diqqətlə düşünülməsindən asılı olur. Ona görə də layihəyə
başlamağı qərara alarkən verilmiş konkret mühitdə ideyanın reallaşdırılmasının
mümkün olub-olmamasını aydınlaşdırmaq vacibdir. Cavab müsbət olarsa, layihənin
hazırlanmasına başlamaq olar.
2. Planlaşdırma. Mürəkkəbliyindən asılı
olmayaraq istənilən işin yerinə yetirilməsi
planı qabaqcadan hazırlanarsa, həmin işi vaxtında və uğurla sona çatdırmaq olar. Bu
fikir müxtəlif çətinlikli işlərin cəmindən ibarət olan layihələr üçün də doğrudur. Bu
mərhələdə yaxşı-yaxşı ölçüb-biçmək lazımdır: hansı işlər yerinə yetiriləcək və
bunun üçün hansı resurslar (əmək, maliyyə, maddi) zəruridir.
Planlaşdırma mərhələsində layihənin strukturunu da müəyyənləşdirmək
lazımdır:
layihə hansı elementlərdən ibarətdir və onlar bir-biri ilə necə əlaqəlidir. Nəzərə
almaq lazımdır ki, layihənin strukturunun yaradılması iterasiyalı
(latın dilindən
tərcümədə “iteratio” - “təkrar” deməkdir) prosesdir. Öncə təqribi strukturlar
hazırlanır, sonra layihənin məqsədləri və vəzifələri dəqiqləşdikcə bu strukturlar
tədricən korrektə olunur. Hətta layihənin başlanması haqqında qərar qəbul edildikdən sonra da yaranan
vəziyyətdən asılı olaraq istənilən strukturun cari korrektəsi mümkündür.