ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLAR
1. Hansı mühakimələr doğrudur?
a) Modelləşdirilən prosesin riyazi dildə ifadəsinə
riyazi model deyilir.
b) Dinamik modeldən fərqli olaraq, statik model müəyyən
zaman ərzində sistemdə baş verən dəyişiklikləri nəzərə alır.
c) Riyazi modeldən istifadə etməklə sistemin
davranışının kompüterdə təqlid
edilməsinə kompüter modelləşdirməsi deyilir.
d) Eksperimental qiymətlərin çərçivəsi xaricindəki
proqnozlaşdırmaya interpolyasiya deyilir.
e) Determinantlıq əmsalı alınmış reqressiya modelinin nə
qədər uğurlu olmasını
göstərir.
f) Müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi
haqqında öncədən verilən
məlumata statistik məlumat deyilir.
g) Statistik verilənlər dəqiq qiymətlərdir, ancaq
kəmiyyətlərin asılılıq xüsusiyyətini düzgün əks etdirmir.
h) Protezlərin və bədən üzvlərinin maketlərinin
hazırlanmasında 3D-printerlərdən istifadə olunur.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a) Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid
edilməsinə ____ deyilir
b) Obyektin ___ modeli onun hər hansı aynca zaman amndakı vəziyyətini əks
etdirir.
c) Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq məqsədilə kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına ___ və ya
___ deyilir.
d) ___ böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi və təhlili ilə bağlı elm sa
e) Reqressiya modelinin qrafikinə ___ deyilir.
f) Görüntünün ___ olunmasının iki əsas üsulundan biri şüa izləmə adlanır.
g) ___ başlıca məqsədi arzuedilən obyektin vizual həcmli obrazının işlənib-hazırlanmasıdır.
h) 3D-printer virtual üçölçülü model əsasında ___ yaradan qurğudur.
3. "Reqressiya modeli" nədir və ondan hansı məqsədlər üçün istifadə olunur?
4. "Trend cizgisi" anlayışının "reqressiya modeli" anlayışı ilə hansı bağlılığı var?
5. Üçölçülü kompüter qrafikasının yaradılması prosesinin hansı mərhələsində
işıq və kölgə effektindən istifadə olunur?