Bəs bu printerlərin hansı tətbiq sahələri var? 3D-printerlərdən daha çox aşağıdakı
sahələrdə istifadə olunur:
• arxitektura (maketlərin hazırlanması);
• sənaye və maşınqayırma (gələcək istehlak məmulatlarının və ya onların
ayrı-ayrı detallarının prototiplərinin və konseptual modellərinin yaradılması);
• tibb (protezlərin və bədən üzvlərinin maketlərinin
hazırlanması);
• teatr və kino (dekorasiyalar, mulyajlar).
İnternetdən 3D-çap texnologiyasına aid əlavə məlumat toplayın. Belə bir suala
cavab tapmağa çalışın: 3D-printerdə hansı məhsulları çap etməyə imkan verən
informasiyanın yayılması ABŞ-da qadağan edilib?
Özünüzü yoxlayın
1. Üçölçülü kompüter qrafikasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2. "Renderinq" nədir?
3. Üçölçülü qrafikanın vektor qrafikası ilə hansı bənzərliyi var?
4. 3D-printerin iş prinsipi necədir?
5. 3D-printer hansı sahələrdə tətbiq olunur?