Görüntü ayrı-ayrı işıqlı nöqtələrdən formalaşırdı. Sonralar hava
hücumundan müdafiə komplekslərinin idarə olunması zamanı
kompüteri operativ idarə etmək üçün ilk interaktiv giriş qurğusu
-
işıq tapançası
işlənib-hazırlandı.
Beləliklə, informasiya texnologiyaları sahəsində yeni
istiqamətin – kompüter qrafi- kasının əsası qoyuldu.
Bu istiqamətdə növbəti addım Ayven Sazerlend (Ivan Sutherland)
tərəfindən cizgilər çəkmək üçün 1961– 62-ci illərdə
Sketchpad (“Qeyd
kitabçası”) adlı ilk interaktiv proqramın yaradılması oldu. Bu
proqramda ilk dəfə olaraq ayrı-ayrı nöqtələrdən ibarət qrafik
primitivlərin (parçaların və qövslərin) interaktiv çəkilməsi
gerçəkləşdirildi. Bunun üçün işıq-qələm vasitəsilə ekranda lazım
olan koordinatlar göstərilirdi.
Üçölçülü qrafika yaratmaq, yəni virtual reallıq obyektlərini modelləşdirmək və bu modellər əsasında
görüntülər yaratmaq üçün cürbəcür proqramlar mövcuddur. Son illər bu sahədə Autodesk 3ds Max, Autodesk Maya, Autodesk Softimage kimi
ticari məhsullar liderlik etsə də, bu sıraya Rhinoceros 3D, Cinema
4D, ZBrush kimi yeni proqramlar da qoşulmuşdur. Bundan başqa, Blender, K-3D, Wings3D kimi sərbəst yayılan proqram
məhsulları da vardır.
Bu minillikdə gündəlik həyatımıza daxil olmuş və üçölçülü modelləşdirmə ilə bağlı
olan "3D-printer" və "3D-çap" anlayışlarını xüsusi qeyd etmək lazımdır. 3D-printer
virtual üçölçülü model əsasında həcmli əşyalar yaradan qurğudur. İnformasiyanı
kağız vərəqinə çıxardan adi printerdən fərqli olaraq, 3D-printer üçölçülü informasiyanı çıxarmağa,
yəni müəyyən fiziki obyektlər yaratmağa imkan verir. 3D-çapı müxtəlifüsullarla və çeşidli
materiallardan istifadə etməklə həyata keçirmək olar, ancaq
onların hamısının əsasında bərk modelin qat-qat yaradılması (fırlanması) prinsipi
dayanır.
3D-printerin iş prinsipi belədir:
1. Kompüterdə xüsusi proqram vasitəsilə 3D-printerdə çap ediləcək obyektin üçölçülü modeli çəkilir.
2. Xüsusi proqram təminatı 3D-modeli emal edərək onu çoxlu sayda qatlara
bölür.
3. Dozalara bölmə kamerası xüsusi kameranın dibinə qat-qat kompozit toz
vurur.
4. Printerin mili tozu çox nazik qatlara paylayır.
5. Şırnaqlı çap başcığı növbəti qatın vurulacağı yerə rəngsiz yapışqan vurur.
6. Tozun növbəti qatı əvvəlki qata yapışır və bu proses obyekt tam formalaşana kimi təkrarlanır.
Fərqli texnologiyalarda yapışqanın əvəzinə əridilib bitişdirən lazerdən və ya ultrabənövşəyi şüadan istifadə edilə bilər.