Görüntünün renderinq olunmasının iki əsas üsulundan biri şüa
izləmə (ray tracing)
adlanır. Şüa izləmə görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və
əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritmdir. Bu
atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin
gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yolu ilə
hesablanır. Bundan sonra ekranda görüntünü əmələ gətirən piksellərin
rəngini və intensivliyini ölçmək üçün obyektin atributlarından istifadə olunur. Şüa
izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, görüntünün elementlərinə və işıq
mənbəyinə nəzərən hesablamağa imkan verir.
Eyni səhnəyə tətbiq
olunmuş müxtəlif
renderinq texnikalar
TARİX
1951-ci ildə Massaçusets
Texnologiya İnstitutunun
mühəndisi Cey Forrester (Jay
Wright Forrester) “Whirlwind I”
(“Qasırğa-1”) adlı yeni kompüteri
nümayiş etdirdi. Bu kompüterin
çıxış qurğusu görüntünü elektronşüa borusunun ekranında yaradırdı.