öyrədici kompüter proqramlarının, kompüter oyunlarının, video-çarxların,
maşınqayırmada detalların və məmulatların əyani təsvirinin
hazırlanmasında və başqa sahələrdə istifadə olunur.
Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas
mərhələyə ayırmaq olar:
1.
3D-modelləşdirmə
adlandırılan birinci mərhələdə obyektin modeli - forması yaradılır.
2.
Tərtibat və animasiya
adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə
nəzərən yerləşməsi təsvir olunur.
3. Nəhayət,
renderinq adlandırılan
üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.
3D-modelləşdirmə (3D modeling)
obyektlərin üçölçülü formasının, yaxud karkasının yaradılmasını
nəzərdə tutur. Bunu müxtəlif üsullarla etmək olar: üçölçülü
modelləşdirmə proqramları vasitəsilə real obyektin formasını
skanerdən keçirib kompüterə daxil etməklə; alqoritmlərtoplusundan
istifadə etməklə prosedur modelləşdirmə yoluyla; yaxud fiziki və ya
dinamik simulyasiya vasitəsilə.
Tərtibat və animasiya (layout and animation)
mərhələsində obyektlərin bir-birinə nəzərən yerləşdirilməsi nəzərdə
tutulur. Burada obyektlərin yeri və ölçüləri müəyyən olunur.
Həndəsi modellərdən ibarət görüntüyə reallıq vermək üçün işıq və
kölgədən istifadə olunur. Bu üsulla görüntünün yaradılmasına
gerçəkləmə və ya renderinq
(rendering) deyilir. Qrafik proqramlarda işıq mənbəyinin yerini
obyektə nəzərən təsvir etmək, görüntünün işıqlanmış və kölgələnmiş
sahələrini hesablamaq üçün riyazi düsturlardan istifadə olunur
3D-modelləşdirmə
Üçölçülü model