2.5
ÜÇÖLÇÜLÜ QRAFİK MODELLƏR
• OpenOffice.org Draw və SketchUp proqramlarının hansı ortaq
cəhəti var?
• Kompüterdə hazırlanmış üçölçülü modellərə harada rast
gəlmişsiniz
FƏALİYYƏT
Münasib bildiyiniz qrafik redaktor proqramını açın və əvvəlki dərsdə verilmiş detalın
üçölçülü modelini hazırlayın.
- Hansı qrafik redaktordan istifadə etdiniz?
- Həmin qrafik redaktorda obyektin ölçülərini dəqiq göstərmək mümkündürmü?
Kompüter qrafikasında ən maraqlı və eyni zamanda mürəkkəb görüntü növlərindən
biri üçölçülü görüntü və ya üçölçülü qrafikadır. Kompüter qrafikasının üçölçülü fəzada
həcmli obyektlərin modelləşdirilməsi yolu ilə görüntülərin və ya videoların yaradılması ilə məşğul
olan bölməsi üçölçülü qrafika (3D-qrafika) adlanır.
Obyektin üçölçülü
modelinin yaradılması prosesinə isə 3D-modelləşdirmə
deyilir. 3D-modelləşdirmənin
başlıca məqsədi arzuedilən obyektin əyani (vizual) həcmli obrazının işlənib-hazırlanmasıdır. Bu zaman
model gerçək
aləmdəki obyektlərə uyğun ola və ya tamamilə
mücərrəd ola bilər.
Açar
sözlər
• Üçölçülü qrafika (3D-qrafika)
• 3D-modelləşdirmə
• Vektor qrafikası
• Gerçəkləmə (renderinq)
• Şüa izləmə
• 3D-printer
Qeyd etmək lazımdır kı, üçölçülü qrafikanın
vektor qrafikası ilə bir çox oxşar cəhətləri var.
Burada da istər üçölçülü səhnənin bütün
elementlərini, istərsə də hər bir obyekti ayrıayrılıqda dəyişmək olur. Üçölçülü qrafikadan
interyer dizaynında, memarlıq obyektlərinin, reklamların,