İlkin yoxlama. Mövzu ilə əlaqəli əvvəlki illərdə
mənimsənilmiş anlayışların yada salınması.
Maraqoyatma. Mövzuya maraq oyatmaq üçün müxtəlif
situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır.
Fəaliyyət. Maraq oyadılan hadisələrin araşdırılmasına,
onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə
yönəlmiş tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki
biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında
əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin
nəticəsini müzakirə etməkvə səhvləri araşdırmaq üçün
suallar verilir.
İzahlar. Fəaliyyət zamanı müəyyən etdiyiniz
faktlarla bağlı açıqlamalar verilir. Əsas anlayışlar,
mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə,
dərsin əsas məzmunu burada əks olunur.
Bu maraqlıdır. Mövzu
ilə bağlı bilikləri
genişləndirmək üçün
nümunələr və maraqlı
məlumatlar.
Açar sözlər.
Hər mövzu
üzrə öyrənilən
əsas
anlayışlar.
Nümunə.İzahı
verilən yeni
anlayışın daha
yaxşı qavranılması
üçün misallar.
Addım-addım. Praktik
vərdişləri formalaşdırır.
Araşdıraq öyrənək. Mövzuda
öyrənilənləri möhkəmləndirmək,
tətbiq etmək və onlara münasibət
bildirmək məqsədilə verilən
tapşırıqlardır.
Özünüzü yoxlayın. Hər mövzuda öyrəndiklərinizi
qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək
üçün nəzərdə tutulur.