TARİX
Xüsusi olaraq riyazi və texniki hesablamalarla bağlı
məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və proqramlaşdırma
dilləri də vardır.
Belə alətlərdən biri MATLAB (“Matnx Laboratory”
ifadəsinin qısaltması) paketi və eyniadlı proqramlaşdırma dilidir.
MATLAB proqramlaşdırma dili 1970-ci illərin sonunda Nyu-Meksiko Universitetinin kompüter
elmləri fakültəsinin dekanı Kliv Mouler (Cleve Moler) tərəfindən
işlənib hazırlanmışdır. MATLAB dilində yazılmış proqramlar iki növ olur:
funksiyalar və skriptlər. Funksiyaların giriş və çıxış arqumentləri, eləcə də
hesablamaların aralıq nəticələrini və dəyişənləri saxlamaq üçün özəl iş fəzası olur.
Skriptlər isə ümumi iş fəzasından istifadə edir. İstər skriptlər, istərsə də funksiyalar
maşın koduna kompilyasiya olunmur və mətn faylları şəklində saxlanılır.
Konusun kompüter modelini qurun. Onun səthinin
sahəsini və həcmini tapmaq üçün proqram yazın.
Giriş verilənləri olaraq konusun hündürlüyünü (h)
və oturacağının radiusunu (r) göstərin. Python
proqramlaşdırma dilinin qrafik imkanlarından
istifadə etməklə ekranda konus şəkli çəkin.
Özünüzü yoxlayın
1. Proqramlaşdırma dilindən istifadə edilməklə kompüter modelinin qurulmasının hansı
üstünlüyü var?
2. Python dilində turtle kitabxanasının təyinatı nədir?
3. Python dilində mürəkkəb qrafikalar yaratmaq üçün hansı kitabxana nəzərdə tutulub?
4. Python dilində mətni ekrana çıxarmaq üçün turtle kitabxanasının hansı komandasından
istifadə olunur?
5. Dərsdə verilmiş proqram kodunda S1 və S2 dəyişənləri nəyi bildirir?