Beləliklə, qoyulmuş məsələnin kompüter modelini Python
proqramlaşdırma dilində aşağıdakı kimi yazmaq, sonra isə a, b və d
parametrlərinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti
aparmaq və alınan nəticələri müqayisə etmək olar.
import math
a = float (input ("a = "))
b = float (input ("b = "))
d = float (input ("d = "))
S1 = a * b
S2 = math.pi * d * d / 4
S = S1 - S2
print ("S = ", S)
import turtle
turtle.reset()
turtle.up()
turtle.width(5)
turtle.goto(20, 20)
turtle.down()
turtle.goto(20, 140)
turtle.goto(80, 140)
turtle.right(90)
turtle.circle(60,180)
turtle.goto(260, 140)
turtle.goto(260, 20)
turtle.goto(20, 20)
turtle.up()
Əlbəttə, belə fiqurları istənilən qrafik redaktorda da çəkmək olar.
Ancaq obyektin parametrlərini dəyişməklə riyazi model əsasında
müəyyən hesablamalar aparmaq tələb olunduqda proqramlaşdırma zəruri
olur.