Nümunə.
Verilmiş detalın öndən görünüşünün cizgisini proqramlaşdırma
dilində (ALPLogo, Python) çəkən və onun sahəsini hesablayan
proqram yazın, a, b, d
giriş verilənlərinin qiymətləri klaviaturadan daxil edilir. Bir
damam 20 piksel götürün. Çıxışa detalın öndən görünüşünün cizgisi
və onun sahəsi
(S) verilir.
Verilmiş üzün cizgisini 6 qrafik primitiv - AB, CD, AD, BK, NC
parçaları və KMN qövsünün köməyi ilə çəkmək olar.
Bu məsələni ALPLogo proqramlaşdırma mühitində yerinə yetirmək üçün
öncə A, B, K, N, C, D nöqtələrinin ekran koordinatlarını
müəyyənləşdiririk. Tutaq ki, A nöqtəsinin koordinatları (20,
20)-dir. Onda damaların sayını nəzərə alsaq, B nöqtəsinin
koordinatları (20, 140), D (260, 20), C (260, 140), N (200, 140), K
(80, 140) olacaq. KMN qövsünün radiusu isə 60-abərabərdir. İndi üzün
sahəsini tapmaq üçün, sadəcə, ABCD düzbucaqlısının sahəsindən
diametri d olan yarımdairənin sahəsini çıxmaq lazımdır.
Bu məsələnin həll proqramını Python proqramlaşdırma dilində də
yazmaq olar. Bu məqsədlə sadə qrafik görüntülər yaratmaq üçün
nəzərdə tutulmuş turtle və math
kitabxanalarını (bir faylda
saxlanılan funksiyalar- komandalar stoplusunu) proqrama idxal etmək
lazımdır. Daha mürəkkəb qrafikalar yaratmaq üçün tkinter kitabxanası
nəzərdə tutulub. Aşağıdakı cədvəldə turtle kitabxanasının əsas
komandaları və onların qısa təsviri verilib.
Komanda |
Təsviri |
turtle.color(c) |
c rəngli qələm götürmək |
turtle.up() |
Qələmi qaldırmaq (hərəkət etdikdə cizgi çəkilməsin) |
turtle.down() |
Qələmi endirmək (hərəkət etdikdə cizgi çəkilsin) |
turtle.goto(x, y) |
Koordinatları x və y olan nöqtəyə getmək |
turtle.circle(r) |
Radiusu r olan dairə çəkmək |
turtle.circle(r,n) |
r radiusli və n dərəcəli qövs çəkmək |
turtle.right(n) |
n dərəcə sağa dönmək |
turtle.left(n) |
n dərəcə sola dönmək |
turtle.forward(l) |
l addım (piksel) irəli getmək |
turtle.write(s) |
s mətnini ekrana çıxartmaq |
turtle.reset() |
İlkin vəziyyətə qayıtmaq |
turtle.clear() |
Ekranı silm |
turtle.width(n) |
Qələmin çəkdiyi cizginin enini n piksel etmək |