7.
Siyahının ən aşağısındakı More Trendline Options... istinadını seçin. Format
Trendline dialoq pənəcərəsi açılacaq.
8.
Təklif olunan trend (reqressiya) növlərindən diaqrama ən uyğun gələni, məsələn,
qüvvəti 4 olan çoxhədli funksiyanı seçin. Bunun üçün öncə Polynomial variantını
qeyd edin, sonra isə aktivləşən Order sahəsinin qiymətini 4
edin. Bundan sonra Display
Equation on chart və Display R-squared value on chart xanalarını qeyd edin.
Qrafik üzərində trend cizgisi, ona uyğun tənlik (y = -0,0002x4 +
1,1868x3 - 3480,9x2 +
5E+06x - 2E+09) və yaxınlaşma qiyməti (R2 = 0,9957) görünəcək.
Seçilmiş funksiyanın qrafikinin, demək olar ki, bütün eksperimental nöqtələrdən keçdiyinə
diqqət
edin.
Qrafikin üzərində trendin qurulması nəticəsində alınan daha bir kəmiyyəti görmək
olar. R2 kimi işarə olunan bu kəmiyyətə statistikada determinantlıq əmsalı və ya
yaxınlaşma kəmiyyəti deyilir. Məhz bu kəmiyyət alınmış
reqressiya modelinin nə
qədər uğurlu olmasını göstərir. Determinantlıq əmsalı həmişə 0 ilə 1 aralığında olur.