Reqressiya modeli üzrə proqnozlaşdırmanın iki üsulu vardır. Əgər
proqnoz asılı olmayan dəyişənin eksperimental qiymətləri
çərçivəsində edilirsə, onda buna
qiymətin bərpası deyilir.
Eksperimental qiymətlərin çərçivəsi xaricindəki proqnozlaşdırmanı
isə ekstrapolyasiya
adlandırırlar.
Reqressiya modeli olarsa, elektron cədvəl vasitəsilə hesablamalar
aparmaqla proqnozlaşdırmanı asanca yerinə yetirmək mümkündür;
məsələn, ölkə əhalisinin sayını proqnozlaşdırmaqla əmək resursları,
qida məhsulları, mənzil və ya təhsillə bağlı düzgün idarəetmə
qərarları qəbul etmək mümkündür.
Nöqtəli verilənlərə trend cizgisinin əlavə edilməsi
1.
Azərbaycanda əhalinin sayının illər üzrə dəyişməsini göstərən
elektron cədvəl faylını açın.
2.
B4:H5 xanalar diapazonunu seçdirin.
3.
Nöqtəli diaqram qurmaq üçün Insert menyusunda
Scatter alətini seçin.
4.
Açılan siyahıdan birinci variantı, sonra isə diaqramın başlığının və oxların adlarının
əks olunması üçün
— maketini seçin.
İş vərəqində nöqtəli diaqram yaranacaq.
5.
Siçanın göstəricisini diaqramın üzərinə aparın və sol düyməni çıqqıldadın. Chart Tools
menyusuna Design, Layout və Format səhifələri əlavə olunacaq.
6.
Layout səhifəsinin Analysis qrupundakı Trendline simgəsini çıqqıldadın. Trend
cizgilərinin siyahısı açılacaq.