Bunun səbəbi əhalinin sayı kimi
parametrlərin çoxlu sayda müxtəlif amillərdən asılı
olmasındadır: doğum səviyyəsi, ölüm səviyyəsi, əhalinin miqrasiyası, təbii kataklizmlər və s.
Başqa sözlə,
belə bir funksiyanın növü məlum deyil, onu cədvəlin
verilmiş göstəriciləri üzrə seçim aparmaqla axtarmaq
olar.
Açar
sözlər
• Statistika
• Riyazi statistika
• Proqnoz
• Reqressiya modeli
• Trend
• Qiymətin bərpası
• Ekstrapolyasiya
Excel cədvəl prosessorunda funksiyanın qrafikini
seçmək və onun əsasında prosesin parametrləri arasında asılılıq düsturunun, yəni
funksiyanın özünü yaratmaq imkanı vardır. Bu funksiya yetərincə sadə olmalıdır ki,
onunla hesablamalar aparmaq mümkün olsun. Digər tərəfdən onun qrafiki mümkün
qədər eksperimental nöqtələrin yaxınlığından keçməlidir, yəni sapmalar (uzaqlaşmalar) minimal
olmalıdır. Bu yolla alınan funksiyaya prosesin reqressiya modeli
deyilir. Reqressiya modelinin qrafıkini isə trend adlandırırlar.
Bu maraqlıdır
"Reqressiya" latın dilindəki "regressio" sözündən olub "geriyə hərəkət, geriyə çəkilmə"
deməkdir.
"Trend" termini isə ingilis dilində "ənənə" və ya "ümumi istiqamət" mənasını verir.
Excel proqramında reqressiya modelini almaq üçün onun əlavə komponentlərini
quraşdırmaq lazımdır.
Excel 2007 proqramında verilənlərin analizi üçün əlavə imkanların
quraşdırılması
1
Excel proqramını başladın.
2
Proqramın baş pəncərəsinin sol
yuxan küncündəki Office düyməsini,
sonra isə açılan menyunun aşağı
hissəsindəki Excel Options düyməsini
çıqqıldadın. Uyğun dialoq pəncərəsi
açılacaq.
3
Öncə Add-lns komandasını seçin.
Açılan siyahıda Analysis ToolPak
bəndini tapın.