olmayan obyektlərin xassələri haqqında bilikləri əhatə edir. Proqnoz
ehtimallı proseslərin, hadisələrin ideal modelini, obrazını,
təsvirini yaradır.
TARİX
Statistika insanların praktik fəaliyyəti olaraq çox qədimlərdə
meydana çıxıb. Onun yaranması və inkişafı ictimai tələbatla -
əhalinin, heyvanların sayılması, torpaq sahəsinin, əmlakın
qeydiyyatı və başqa işlərlə bağlı idi. Şumerlərin gil lövhələrini
(eramızdan əvvəl III—II minilliklər) ilk "dərc edilmiş" statistik
informasiya hesab etmək olar. Qədim Romada azad vətəndaşların və
onların əmlakının qeydiyyatı aparılırdı. Bu qeydiyyat zamanı
vətəndaşların yaşı və cinsi kimi göstəricilər də qeyd edilirdi.
Statistik verilənlər həmişə təxmini, orta qiymətlərdir. Ona görə də onlar qiymətləndirmə məqsədi daşıyır, ancaq kəmiyyətlərin asılılıq xüsusiyyətini düzgün əks
etdirir. Statistik verilənlərin təhlil edilməsi yolu ilə alınmış nəticələrin dəqiqliyi üçün
həmin verilənlərin çox olması da vacib şərtdir.
Nümunə.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytından
(www.stat.gov.az) götürülmüş verilənlər əsasında respublikamızda əhalinin
sayının illər üzrə necə dəyişdiyini izləmək olar. Bunun üçün həmin göstəriciləri
həm cədvəl, həm də nöqtəli diaqram şəklində təqdim edək (yerə qənaət məqsədilə
bəzi illərin göstəriciləri verilib).
Azərbaycan əhalisinin sayı (min nəfər)
Alınmış verilənlərdən belə bir nəticəyə gəlmək olar ki, göstərilmiş dövrdə Azərbaycanın əhalisi daim artmış və bu artım 1960-cı illərdən başlayaraq daha yüksək
olmuşdur. Belə bir sual yarana bilər: əhalinin sayının dəyişmə dinamikasını düstur
şəklində göstərmək olarmı, yəni bu prosesin riyazi modelini qurmaq olarmı? Dərhal
qeyd etmək lazımdır ki, əhalinin sayının yaşayış ilindən asılılığını əks etdirən hazır funksiya yoxdur!