məsələn, hansısa planetin daxilində temperaturu ölçmək mümkün deyil,
ancaq bunu model üzərində etmək mümkündür.
Nöqtənin dairənin daxilinə və ya xaricinə düşməsini
müəyyənləşdirən riyazi model verilmişdir. Aşağıdakı proqramı
Python proqramlaşdırma mühitində yığın. Giriş verilənlərini
dəyişməklə hesablama eksperimenti aparın.
%.2f" % ifadəsinin nə
bildirdiyini öyrənin.
from
math
import sqrt
x =
float(
input(
"x="))
y =
float(
input(
"y="))
r =
float(
input(
"r="))
h = sqrt(x**
2 + y**
2)
print ("
Koordinat başlanğıcından nöqtəyədək məsafə: %.2f"
% h)
if h
> r:
print("Nöqtə dairənin xaricindədir.")
else:
print("Nöqtə dairəyə daxildir.")
Özünüzü yoxlayın
1. "Kompüter modelləşdirməsi"
dedikdə nə nəzərdə tutulur?
2
Aşağıda göstərilmiş hansı modellər statik modellərdir?
• ərazinin xəritəsi;
• rəssamın əsəri;
• təyyarənin hərəkətini ekranda
imitasiya edən proqram;
• inşanın planı;
• gün ərzində havanın
temperaturunun dəyişmə qrafiki.
3
Aşağıda göstərilmiş hansı modellər dinamik modellərdir?
• kimyəvi birləşmənin düsturu;
• Om qanununun düsturu;
• kimyəvi reaksiyanın düsturu;
• Ümumdünya cazibə qanunu.
4. Kompüter modelləşdirməsinin hansı üstünlükləri var?
5
Rastr qrafikası şəklində verilmiş informasiya modeli üzərində kompüter eksperimenti
aparmaq mümkündürmü?