Ancaq məhz dinamik informasiyamodellərinin qurulmasında kompüterlərin
necə bir əvəzsiz vasitə olması, onların hesablama imkanları üzə
çıxır.Hazırda interaktiv vizual kompüter modelləri geniş
Açar
sözlər
• Kompüter
modelləşdirməsi
• Statik model
• Dinamik model
• Riyazi model
• Hesablama eksperiment
yayılıb. Belə modellərdə tədqiqatçı başlanğıc şərtləri və prosesin
gedişinin parametrlərini dəyişə və modeldə baş verən
dəyişiklikləri müşahidə edə bilər.
Bu maraqlıdır
Lozanna Federal Politexnik Məktəbində (İsveçrə)
2013-cü ildə nəhəng bir layihənin - "İnsan beyni
layihəsi"nin (Human Brain Project, HBP) icrasına
başlanılıb. İnsan beynini öyrənən bu elmi
tədqiqat layihəsini, əsasən, Avropa İttifaqı maliyyələşdirir.
Layihədə dünyanın 26 ölkəsindən və
135 tərəfdaş institutdan yüzlərlə alim iştirak edir.
Layihənin başlıca məqsədi dünyada ilk dəfə insan
və gəmiricilərin beyninin modelini yaratmaqdır.
Miqyasına görə misilsiz olan bu layihənin büdcəsi
1.6 milyarddır və onun 2023-cü ildə tamamlanması
nəzərdə tutulub.
Təbiətdə, texnikada, iqtisadi və sosial sistemlərdə baş verən bir
çox prosesləri mürəkkəb riyazi münasibətlər vasitəsilə təsvir etmək
mümkündür. Bu riyazi münasibətlər təsvir edilən proseslərin
riyazi modeli olan tənlik,
tənliklər sistemi, bərabərsizliklər sistemi ola bilər.
Riyazi model (mathematical model)
modelləşdirilən prosesin riyazi dildə ifadəsidir. Riyazi modeldən
istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə
kompüter modelləşdirməsi (Computer simulation)
deyilir. Kompüter modelləşdirməsi fizika, kimya, biologiya,
astrofizika, klimatologiya kimi sahələrdə bir çox təbii sistemlərin,
eləcə də iqtisadiyyat, psixologiya, sosial elmlərdə, texnikada
insanla bağlı sistemlərin riyazi modelləşdirilməsində faydalı bir
alət olmuşdur. Bu modellərin köməyi ilə yeni texnologiyaları
öyrənmək və yeni biliklər qazanmaq, çox mürəkkəb olan sistemlərin
səmərəliliyini qiymətləndirmək mümkündür.
Kompüter modelləri, əslində, kompüter proqramlarıdır; bu proqramlar
kiçik qurğularda ani olaraq yerinə yetirilən kiçik proqramlar da,
kompüterlər qrupunda saatlarla və hətta günlərlə icra olunan
irimiqyaslı proqramlar da ola bilər.
Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq
məqsədilə kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına
hesablama eksperimenti və ya kompüter eksperimenti
deyilir. Hesablama eksperimentinin nəticəsində tədqiq olunan
sistemin hərəkətlərinin proqnozunu almaq, sistemin müəyyən
xarakteristikalarının dəyişməsinin başqa xarakteristikalara təsirini
aydınlaşdırmaq olar. Bəzi hallarda hesablama eksperimenti gerçək
fiziki eksperimenti əvəz edə bilər;