2.1
KOMPÜTER MODELLƏŞDİRMƏSİ
Bildiyiniz kimi, zaman amilinə görə modellər iki qrupa ayrılır:
dinamik və statik modellər.
Obyektin
statik modeli (static model) onun
hər hansı ayrıca zaman anındakı vəziyyətini əks etdirir. Başqa
sözlə, statik model obyektin "ani fotoşəklidir". Belə modeldən
fərqli olaraq,
dinamik model (dynamic model)
müəyyən zaman ərzində sistemdə baş verən dəyişiklikləri nəzərə
alır; məsələn, fizikada dinamik informasiya modelləri cisimlərin
hərəkətini, biologiyada orqanizmlərin və ya heyvan nəsillərinin
inkişafını, kimyada kimyəvi reaksiyaların gedişi prosesini
təsvir edir.
• Hansı modelin
köməyi ilə hərəkət
zamanı avtomobilin
parametrləri haqqında
informasiya
almaq olar?
• Sizcə, eyni bir
obyektin statik,
yoxsa dinamik
modeli daha çox
informasiya verir?
FƏALİYYƏT
Verilmiş kəmiyyətlər arasındakı asılılığı düstur şəklində göstərməyə çalışın.
1.
Sabit sürətlə hərəkət edən avtomobilin getdiyi yol- onun hərəkətdə olduğu zaman
2.
Dairənin sahəsi - onun radiusu
3.
Ali məktəblərə qəbul olmuş abituriyentlərin sayı - qəbul ili
- Hansı asılılığı düsturla ifadə edə bilmədiniz?
- Həmin asılılığı hansı formada göstərmək yaxşı olardı?
Bəşəriyyət öz tarixi boyunca informasiya modelləri yaratmaq üçün müxtəlif üsul və
alətlərdən istifadə etmişdir. Bu üsul və alətlər daim təkmilləşmişdir. Belə ki, ilk
informasiya modelləri qayaüstü rəsmlər formasında idi. Hazırda isə informasiya
modelləri, adətən, müasir kompüter texnologiyalarının köməyi ilə yaradılır və tədqiq
olunur. Əlbəttə, kompüterdə mətnlər yazmaq (yəni təsviri modellər qurmaq), xəritə
və sxemlər çəkmək (qrafik modellər qurmaq), yaxud cədvəllər (cədvəl modelləri)
qurmaq mümkündür. Başqa sözlə, bu sadalanan işlər də kompüter modelləşdirməsinə örnəklərdir. Doğrudur, belə statik informasiya modellərinin yaradılmasında
kompüterlər insanlara çox böyük "yardımçı" olur.