Kosmik texnikanın inkişaf tarixi yeni texniki vasitələrin yaradılmasında modelləşdirməyə bir örnəkdir. Kosmik uçuşu gerçəkləşdirmək üçün iki problemi
həll etmək lazım idi: Yerin cazibəsindən çıxmaq və havasız fəzada irəliləməni
təmin etmək. Yer kürəsinin cazibəsindən çıxmağın mümkünlüyünü hələ XVII
əsrdə İsaak Nyuton (1642-1727) söyləmişdi. Nəzəri kosmonavtikanın banisi
hesab edilən Konstantin Eduardoviç Siolkovski (1857-1935) fəzada irəli
hərəkət etmək üçün reaktiv mühərrikdən istifadəni təklif etdi. O, sxemlər, hesablamalar və əsaslandırmalarla gələcək planetlərarası gəminin yetərincə dəqiq
təsviri modelini tərtib etdi. Bundan heç yarım əsr keçməmiş Siolkovskinin
təsviri modeli gerçək modelin hazırlanması üçün əsas oldu.