ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLAR
1. Hansı mühakimələr doğrudur?
a) İnformasiya texnologiyaları informasiya sistemlərinin bir komponentidir.
b) Elektron dərsliklər öyrədici informasiya sistemləri kateqoriyasına aiddir.
c) İnformasiya sisteminin son istifadəçisi onun işlənib hazırlanması ilə məşğul olur.
d) Ekspert sistemlərinin düzgün işləyib-işləmədiyini yoxlamaq üçün Türinq sınağından
istifadə edilir.
e) Ekspert sistemləri iki əsas komponentdən ibarət olur: biliklər bazası və məntiqi nəticəçıxarma mexanizmi.
f) Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir: hörümçək, soxulcan və indeksləyici.
g) Prolog və LISP proqramlaşdırma dillərindən süni intellekt sistemlərinin yaradılmasında
istifadə olunur.
h) Lütfəli Rəhim oğlu Ələsgərzadə bulanıq çoxluqlar, bulanıq məntiq və yumşaq hesablamalar nəzəriyyələrinin banisidir.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a) İnformasiya sisteminin heyətinə verilənlər bazasının inzibatçısı ___ ,___və tətbiqi
proqramçılardan ibarət mütəxəssislər daxildir.
b) Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, emalı,
saxlanması və əks etdirilməsi ilə bağlı proqramlar ___ sinfinə aiddir.
c) Ekspert sistemlərinin ___ köməyi ilə sistem çıxardığı nəticələri izah edir.
d) ___ məntiqi ilə nə qədər çox anlayışı birləşdirsəniz, axtarışda daha çox nəticə almış olacaqsınız.
e) ___ üç əməliyyatın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş texnologiyalar toplusudur:
birincisi, çox böyük həcmli verilənləri emal etmək; ikincisi, çox böyük sürətlə daxil
olan verilənlərlə işləyə bilmək (başqa sözlə, verilənlər, sadəcə, çox deyil, həm də
sürətlə artır); üçüncüsü, onlar strukturlaşmış verilənlənlərlə yanaşı, stıukturlaşmamış
verilənlərlə də işləyə bilməlidir.
f) ___ böyük həcmli verilənlərin süni intellekt metodları və qərar qəbuletmənin
dəstəklənməsi alətləri əsasında analiz olunması texnologiyasıdır.
g) Bulanıq məntiqdə dəyişənlər ___ istənilən qiymət ala bilər.
h) ___ hökumətin fəaliyyəti informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.
3. İnformasiya sisteminin istifadəçisi ilə son istifadəçisi arasında hansı fərq var?
4. Axtarış sistemlərinin hamısı üçün ortaq olan cəhət nədir?
5. İnternetdə ilk olaraq hansı axtarış sistemi və nə vaxt istifadəyə verilib?