9.
Insert menyusunda Header & Footer
düyməsini çıqqıldadın. Açılan dialoq pəncərəsində Slide Number
boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın.
Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl
nömrələnəcək.
10.
Slide Show menyusuna keçin və
From
Beginning düyməsini çıqqıldadın. Hazırladığınız təqdimat birinci
slayddan nümayiş olunmağa başlayacaq.
11.
Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün
<Esc> klavişini basın.
12.
Fayla uyğun ad verib istədiyiniz qovluqda saxlayın.
Elektron hökumətin vacib hissələrindən biri müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sayəsində mümkün olan
"bir pəncərə" texnologiyasıdır. Böyük
Britaniya, Almaniya, Kanada kimi inkişaf etmiş ölkələrin bir çoxunda "bir pəncərə"
prinsipi ilə fəaliyyət göstərən xidmət mərkəzləri hələ ötən əsrin 80-ci illərində qurulmuşdur. İnternetdən bu texnologiyanın mahiyyəti haqqında məlumat toplayın.
Bu texnologiyanın tətbiqində məqsəd nədir? Ölkəmizdə bu istiqamətdə işlərə nə vaxtdan
başlanılıb və hansı işlər görülüb?
Özünüzü yoxlayın
1. İnformasiya cəmiyyətinə xas hansı əlamətlər var?
2. "Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır" ifadəsini necə
başa düşürsünüz?
3. "Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğuliyyətlər dəyişir"
dedikdə nə nəzərdə tutulur?
4. "Fasiləsiz təhsil sistemi" nə deməkdir?
5. Sizcə, informasiya cəmiyyətinin hansı mənfi cəhətləri var?