Açar
sözlər
• İnformasiya cəmiyyəti
•
İnformasiya cəmiyyətinin
əlamətləri
• Elektron hökumət
• "Bir pəncərə"
texnologiyası
İctimai inkişafin yeni, informasiya mərhələsinə keçidi ilə
əlaqədar olaraq sosial həyatın müxtəlif sahələri də bu və ya digər
dəyişikliklərə məruz qalır. Elmi-texniki tərəqqi, kompüterləşmə və
yeni informasiya texnologiyalarının tətbiqi sayəsində
iqtisadiyyat, təhsil və mədəniyyət sahələri müasirləşir.İctimai
həyatın siyasət kimi
mühüm sahəsi də bu dəyişikliklərdən kənarda qala bilməz. İndi dövlət
idarəçiliyinin yeni formasından - elektron hökumətdən danışılır.
İnformasiya cəmiyyətinə xas olan keyfiyyətcə yeni idarəetmə forması
kimi
elektron hökumətdə (electronic government)
hökumətin fəaliyyəti informasiya texnologiyaları vasitəsilə həyata
keçirilir.
"İnformasiya cəmiyyətinin əsas əlamətləri" mövzusunda təqdimatın
hazırlanması
1.
Microsoft PowerPoint (və ya OpenOffice Impress) proqramını başladın. Proqramın
baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq.
Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki
və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki
slaydlar sahəsində görmək olar.
2.
Yeddi yeni slayd yaradın.
3.
Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add title
sahəsinə təqdimatın başlığını (İnformasiya cəmiyyətinin
əlamətləri) yazın.
4.
Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5.
İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş sxem (cədvəl) yerləşdiriləcək. Öncə slayd üçünyeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər
panelinin Slides bölümündəki
düyməsini çıqqıldadın. Təklif olunan müxtəlif slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın
başlığını və uyğun sxemi (cədvəli) daxil edin.
6.
Üçüncü və sonrakı beş slaydın hər biri informasiya cəmiyyətinin qeyd edilmiş 6 əlamətindən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və onun üçün Content
with Caption maketini seçin. Uyğun sahəyə (solda yuxarıda) slaydın başlığını, ondan
aşağıdakı sahəyə isə birinci əlaməti və onun şərhini daxil edin. Sağdakı sahəyə isə
mövzu ilə əlaqədar bir şəkil, yaxud video yerləşdirin. Slayda müəyyən dizayn
vermək üçün Design menyusunu seçin. Təklif olunan şablonlar üzərində siçanın
göstəricisini gəzdirin və variantları bir-bir gözdən keçirin. Bəyəndiyiniz şablonu
(məsələn: Flow) seçin.
7.
Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun.
8.
Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu
seçin. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gəzdirin və effektin
necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin və
əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin
paneldəki Apply To All düyməsini çıqqıldadın.