1.8
İNFORMASİYA CƏMİYYƏTİ
Bəşəriyyət aqrar və sənaye mərhələrindən sonra
öz inkişafının yeni bir mərhələsinə - ən qiymətli
resursun informasiya hesab edildiyi informasiya
cəmiyyətinə daxil olur. Bu gün informasiya cəmiyyətinin elementlərini həyatın hər sahəsində
görmək mümkündür. Artıq, demək olar ki, hər
kəsin cibində "ağıllı telefon", hər kəsin evində
kompüter və bütün şirkətlərdə informasiya texnologiyalarını idarə edən bir şöbə vardır.
• "İnformasiya cəmiyyəti" anlayışı
nəyi ifadə edir?
• "Elektron hökumət" nədir və onun
daxilində münasibətlərin hansı modelləri var?
FƏALİYYƏT
Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün "İnformatika" dərsliyindəki "İnformasiya
cəmiyyəti" bölümündə verilmiş informasiya cəmiyyətinin xarakterik əlamətlərini yada
salın. (Dərsliyin elektron versiyasını "Tədris resurslarının idarəolunmasmm məlumat sistemi"ndən -
trims.edu.az saytından əldə edə bilərsiniz.)
.
İnformasiya cəmiyyətinin əlamətləri
İnformasiyanın
emalı və saxlanması prosesinə xüsusi
texniki
qurğular cəlb
edilir.
|
Cəmiyyətin
hərəkətverici
qüvvəsi informasiya məhsulunun
istehsalıdır.
|
Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə
vaxtda məşğuliyyətlər dəyişir.
|
Evlərdə cürbəcür elektron
cihazlar və
kompüterləşdirilmiş
qurğular var.
|
Kompüter texnikası, kompüter şəbəkələri,
informasiya
texnologiyaları
inkişaf edir.
|
Təhsil
sahəsində
fasiləsiz təhsil
sistemi
yaranır.
|
-Bu göstərilənlərə daha hansı əlamətləri əlavə edərdiniz?
- Yaşadığımız cəmiyyət "informasiya cəmiyyəti" adlandırıla bilərmi?
İnformasiya cəmiyyətinin formalaşması informasiya-kommunikasiya texnologiyalarının vətəndaşların
gündəlik həyatına tətbiqi sürəti, eləcə də əhalinin və ayrı-ayrı qurumların İnternet şəbəkəsi
üzərindən göstərilən müxtəlif elektron xidmətlərdən istifadəyə hazırlıq səviyyəsi ilə bağlıdır.
TARİX
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27 mart 2006-cı il
tarixində qəbul etdiyi qətnaməyə görə, 17 may Ümumdünya
İnformasiya Cəmiyyəti günü (World Information Society Day) kimi elan
olunub. Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir.