•
Verilənlərin intellektual analizi (data mining)
böyük həcmli verilənlərin
süni intellekt metodları və qərar qəbuletmənin dəstəklənməsi alətləri əsasında analiz
olunması texnologiyasıdır. Verilənlər bazasında yazıların nə
məna verməsini aydınlaşdırmadan qanunauyğunluqların və anomaliyaların
axtarılıb tapılması məqsədilə orada saxlanılan informasiyanın analiz olunmasıdır.
•
NoSQL
("Not Only SQL" - "təkcə SQL deyil" sözlərinin qısaltması)
relyasiyalı verilənlər bazalarının işarəedilməsi sistemlərində istifadə olunan
modellərdən fərqli verilənlər bazasının gerçəkləşdirilməsinə yönəlik bir sıra
ənənəvi yanaşmaları özündə birləşdirir. Onlardan daim dəyişilən verilənlər
strukturunda (məsələn: sosial şəbəkələrdə informasiyanın toplanması və
saxlanması üçün) istifadə etmək əlverişlidir.
•
MapReduce
paylanmış hesablamalar modelidir. Bu modeldən çox böyük
həcmli verilənlər üzərində paralel hesablamalar aparmaq üçün istifadə
olunur. Burada sorğu ayrıca proqramdır və emal edilmək üçün verilənlər
proqrama ötürülmür, əksinə, proqram verilənlərin "yanına gedir". İş prinsipi
verilənlərin iki metod - Map və Reduce tərəfindən ardıcıl emalından
ibarətdir. Map metodu öncədən verilənləri seçir, Reduce isə onlan bir yerə
toplayır.
•
Hadoop
yanaşmasından Facebook, eBay, Amazon və bu kimi başqa çoxyüklü saytlarda axtarış və kontekst mexanizmləri gerçəkləşdirmək üçün istifadə edilir. Başlıca özəlliyi istənilən bənddə sıradançıxmaya qarşı qorunmuş olmasıdır, belə ki, hər bir blokun verilənlərinin ən azı başqa bir bənddə kopiyası olur.
Son illər "Business Intelligence" texnologiyası haqqında çox danışılır. Bu haqda
İnternetdən məlumat toplayın. Onun "böyük verilənlər" texnologiyası ilə hansı
əlaqəsinin olduğunu aydınlaşdırmağa çalışın.
Özünüzü yoxlayın
1. "Böyük verilənlər" nə deməkdir?
2. Üç "V" nəyi ifadə edir?
3. "Çeşidlilik" xassəsi nəyi bildirir?
4. "Böyük verilənlər"ə hansı sahələrdə rast gəlinir?
5. "Böyük verilənlər"in emalı üçün hansı yanaşmalar mövcuddur?