1.7
"Böyük verilənlər" texnologiyasi
Dünyada rəqəmsal informasiyanın həcmi üstlü funksiya şəklində
artır. Bəzi tədqiqatlara görə, 2003-cü ildə dünyada yığılmış
verilənlərin həcmi 5 eksabayt (1EB = 1 milyard giqabayt) idi.
2008-ci ildə bu həcm 0.18 zettabayt (1 ZB = 1024 eksabayt),
2011-ci ildə 1.76 zettabayt, 2013-cü ildə 4.4 zettabayt olub.
2025-ci ildə bu göstəricinin 163 zettabayt
olacağı proqnozlaşdırılır. Bəs bu
qədər həcmdə informasiyanın
"öhdəsindən gəlmək" olarmı? Hesablamalara
görə, hazırda toplanmış informasiyanın
çox az bir hissəsindən
(təxminən 1-2%) istifadə edilir. Onları
emal etmək və onlardan faydalı nəti-
cələr çıxarmaq getdikcə daha mürəkkəb
olur və daha çox vəsait tələb edir.
• Həcmi 40 zettabayt
olan informasiyam
yerləşdirmək üçün
tutumu 1 terabayt
olan neçə disk lazımdır?
FƏALİYYƏT
Analogiyadan istifadə etməklə cədvəlin boş xanalarını doldurun.
Adı |
İşarəsi |
Qiyməti (bayt) |
Adı |
İşarəsi |
Qiyməti (bayt) |
kilobayt |
kB |
10 3 |
petabayt |
PB |
1015 |
meqabayt |
MB |
106 |
eksabayt |
EB |
|
giqabayt |
GB |
109 |
zettabayt |
ZB |
|
terabayt |
TB |
1012 |
yottabay |
YB |
|
- 1 zettabayt 1 giqabaytdan neçə dəfə böyükdür?
- Verilənlərin həcmi yuxarıda verilmiş templə artarsa, hansı ildə
dünyada yığılmış
verilənlərin həcmi 1 yottabayta çatacaq?
Çox böyük həcmdə həmcins olmayan, sürətlə daxil olan və ənənəvi alətlərlə emalı
mümkün olmayan rəqəmsal informasiyanı bildirmək üçün "böyük
verilənlər"
terminindən istifadə edilir. Bu termin ingilis dilindəki "big
data" ("biq deytə" kimi
oxunur) termininin kalkasıdır və dəqiq tərifi yoxdur. Ona dəqiq sərhəd təyin etmək
olmaz - o, 10 terabaytdırmı, yoxsa 10 meqabayt? Ancaq, ümumiyyətlə, belə bir fikir
artıq qəbul olunur ki, "böyük verilənlər" üç əməliyyatın yerinə yetirilməsi üçün
nəzərdə tutulmuş texnologiyalar toplusudur: birincisi, çox böyük həcmli verilənləri
emal etmək; ikincisi, çox böyük sürətlə daxil olan verilənlərlə işləyə bilmək (başqa
sözlə, verilənlər, sadəcə, çox deyil, həm də sürətlə artır); üçüncüsü, onlar strukturlaşmış
verilənlərlə yanaşı, strukturlaşmamış verilənlərlə də işləyə bilməlidir.