Bal ilə bağlı misalda siz axtarışı məntiqi əməllərdən istifadə
etməklə “çiçək AND balı” ifadəsi kimi də
apara bilərsiniz. Əgər sizə cökə olmayan çiçək balı lazımdırsa,
axtarışı “çiçək AND balı NOT cökə” üzrə
aparmalı olacaqsınız.
OR əməlindən, adətən, oxşar anlayışların, yaxud terminlərin axtarışı
zamanı istifadə olunur; məsələn,
“çiçək OR balı” üzrə axtarış apardıqda
nəticə siyahısında bu anlayışlardan biri, yaxud hər ikisi olacaq.
Diqqət!
• Nə qədər çox anlayışı AND ilə
birləşdirsəniz, daha az nəticə almış olacaqsınız.
• OR məntiqi ilə nə qədər çox anlayışı
birləşdirsəniz, axtarışda daha çox nəticə almış olacaqsınız.
• Bəzi axtarış sistemləri məntiqi
əməllər vasitəsilə axtarışı dəstəkləmir, ancaq əksəriyyətində
süzgəc, yaxud xüsusi meyarlar üzrə axtarış aparmaq üçün formalar
nəzərdə tutulub.
Məntiqi əməllər vasitəsilə axtarış
1.
Axtarış sistemlərindən birinə, məsələn, Yahoo-ya keçin.
2.
Axtarış sahəsində çiçək AND balı daxil edin və Web Search düyməsini çıqqıldadın,
yaxud <Enter> klavişini basın.
3.
Axtarış sisteminin tapdığı hiperistinadların sayına diqqət edin. Axtarış
sisteminin başlanğıc səhifəsinə qayıdın.
4.
Axtarış sahəsində çiçək AND balı NOT cökə daxil edin və <Enter> klavişini basın.
5.
Bir daha tapılan hiperistinadların sayına diqqət edin; çox güman ki, indi onların sayı
birinci axtarışa nisbətən az olacaq.
6.
Bir, yaxud bir neçə hiperistinadı çıqqıldatmaqla veb-saytlardakı informasiyanı gözdən
keçirin.
1.
Riyazi əməllə vasitəsilə axtarışdan istifadə etməklə aşağıdakı axtarışları aparın:
A) Azərbaycandan kənarda olan Baku və Quba adlı yer adları.
B) Rusiyada olan Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri.
2.
Məntiqi əməllərdən istifadə etməklə eyni mövzular uzrə (1-A, 1-B) axtarış aparın.
3.
Bu iki üsulla alınmış nəticələr arasındakı fərqin təsvir olunduğu qısa hesabat hazırlayın.
4.
Riyazi əməllərdən istifadə etməklə fizik olmayan Nobel mükafatçıları haqqında
informasiyanın olduğu veb-saytları axtarmaq üçün sorğunu yazın.
Özünüzü yoxlayın
1. "Axtarış sistemi" nədir və hansı hissələrdən ibarətdir?
2. Axtarış sistemi necə işləyir?
3. Müxtəlif axtarış sistemləri nə üçün fərqli nəticələr verir?
4. Axtarışın “Savalan dağı”, yaxud Savalan dağı (dırnaqsız) üzrə aparılmasının fərqi
varmı?
5. Məntiqi axtarışda hansı məntiqi əməllərdən istifadə olunur?