Bəzən siz minlərlə uyğun, yəni verdiyiniz sorğu ilə üst-üstə
düşən cavablar ala bilərsiniz. Əlbəttə, belə böyük siyahıda
faydalı informasiyanı tapmaq çox çətin olardı. Ona görə də bəzi
axtarış sistemlərində
relevantlıqdan, yəni
tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsindən
istifadə olunur. Relevantlıq dərəcəsi, adətən, faizlə ifadə
olunur: belə ki, 100% tam üst-üstə düşməyə uyğun olur. Axtarış
sistemlərinin əksəriyyəti tapılan cavabları relevantlıq dərəcəsinə
Açar
sözlər
• Axtanş sistemi
• Açar söz
• Açar sözlərə görə
axtarış
• Hörümçək (soxulcan)
• İndeksləyici
• Fraza üzrə axtarış
• Riyazi əməllər
vasitəsilə axtarış
• Məntiqi əməllər
vasitəsilə axtarış
uyğun olaraq düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha
dəqiq olur. Cavablar siyahısında aşağı düşdükcə cavabın sorğuya
uyğunluq dərəcəsi azalır, belə ki, həmin saytlarda axtarılan açar
sözlərin hamısı olmur. Bu yerdə sizin bir neçə seçiminiz ola bilər:
• İstənilən istinadı çıqqıldadıb
saytdakı informasiyaya baxa bilərsiniz.
• Açar sözləri dəyişib başqa cür təyin
edə bilərsiniz.
• Başqa axtarış sistemindən istifadə edə
bilərsiniz.
Diqqət!
Elə bir veb-alət yoxdur ki, bütün Veb-i indeksləsin, yaxud
nizamlasın. Hər bir axtarış sisteminin öz verilənlər bazası var və
o, axtarışı həmin baza əsasında aparır. Bu verilənlər bazası
bütövlükdə Veb-in özü deyil, axtarış nəticəsində formalaşmış
bazadır.
TARİX
İnternetdə ilk axtarış sistemi Archie hesab olunur. İlk
versiyası 1990-cı ildə Kanadanın ən qədim və nüfuzlu ali təhsil
müəssisəsi olan Mak-Gill Universitetində (McGill University)
istifadəyə verilib.
Axtarış sistemindən istifadə
2.
Axtarış sahəsinə çiçək balı açar sözlərini daxil edin və
Google-da axtar düyməsini çıqqıldadın, yaxud <Enter> klavişini
basın.
Açılan səhifədə axtarış sisteminin tapdığı saytların siyahısı
görünəcək; onların sayı minlərlə, hətta yüz minlərlə ola
bilər, ancaq axtarışın nəticələrinin birinci səhifəsində
yalnız təxminən 10 hiperistinadın siyahısı olacaq.
3.
Səhifəni gözdən keçirin. Əgər çiçək balı haqqında ətraflı
məlumat almaq istəyirsinizsə, istinadlardan birini çıqqıldadın.
4.
Brauzerin naviqasiya alətlərindən istifadə edərək axtarış
səhifəsinə qayıdın.