üçün proqramda təsvir olunmuş addımları ardıcıl şəkildə yerinə
yetirir. Məntiqi proqramlaşdırmada isə proqram problem haqqında
faktları və nəticə çıxarmaq üçün gərəkli ola biləcək başqa
faktlardan necə istifadə etmək haqqında
qaydaları kompüterə verir.
Bundan sonra kompüter məsələni avtomatik həll etmək üçün müəyyən
prosedur tətbiq edir;
məsələn, “Türkan kəndi Azərbaycandadırmı?” sualına cavab vermək üçün
Prolog “Türkan kəndi Abşerondadır” faktını və “əgər
X Abşerondadırsa, onda
X Azərbaycandadır”
qaydasını əlaqələndirə bilər. Bu fakt və qayda Prolog dilində
aşağıdakı kimi yazılır:
located_in
(türkan, abşeron
).
located_in (X, azərbaycan
) :- located_in (X, abşeron
).
Sual (məntiqi proqramlaşdırmada: sorğu)
?- located_in ( türkan, azərbaycan ).
kimi verilir və cavab “yes” (“hə”) olur.
Prolog dilinin ən vacib özəlliklərindən bin də onun geridönmələrlə
izləmə
(backtracking), başqa sözlə, geri qayıdaraq alternativ həlli tapmağa cəhd etmək
imkanına malik olmasıdır. Həllin axtarışını düzgün olmayan (yəni ona aparıb
çıxarmayan) yolla apardıqda geridönmələrə zərurət yaranır.
LISP (List Processing) proqramlaşdırma dili 1959-60-cı
illərdə Massaçusets
Texnologiya İnstitutunda (MIT) Con Makkarti (John McCarthy) tərəfindən işlənib
hazırlanmışdır. İndi də araşdırmalarda və akademik dairələrdə bu dildən aktiv
istifadə olunur. LISP uzun müddət süni intellekt sahəsində standart proqramlaşdırma
dili hesab olunub, ancaq sonra əsas rəqibi- Prolog meydana çıxıb. Fərdi kompüterlər
üçün bir sıra dialektləri vardır: MuLISP, INTERLISP, Common Lisp, MacLisp.
CLIPS (CLanguage Integrated Production System) ekspert
sistemlərinin işlənib-hazırlanması üçün proqram mühitidir. Bu sistem haqqında İnternetdən məlumat
toplayın. Bu
sistem hansı proqramlaşdırma dilində yazılıb? Məntiqi nəticəçıxarma mexanizmi necə
işləyir?
Özünüzü yoxlayın
1. Ekspert sistemlərinin iki əsas komponenti nədir?
2. Ekspert sistemlərində bilik və faktlar harada
saxlanılır?
3. Məntiqi nəticəçıxarma mexanizmi hansı funksiyanı yerinə
yetirir?
4. Ekspert sisteminin çıxardığı nəticənin əsaslı
olub-olmadığına necə inanmaq olar?
5. Xüsusi olaraq süni intellekt sistemləri üçün nəzərdə
tutulmuş hansı proqramlaşdırma
dilləri var?