1.5

EKSPERT SİSTEMLƏRİ

Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması məqsədilə araşdırmalar etmək, məsləhətlər vermək, qərarlar, rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə təcrübəli ixtisaslı mütəxəssislər - ekspertlər (experts) dəvət olunur. (Latın dilində "expertus" sözü "təcrübəli" deməkdir.) Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.
Sizcə, daha çox hansı sahələrdə ekspertlərdən istifadə edilir?
"Ekspertiza" nə deməkdir?
FƏALİYYƏT
Cədvəlin boş xanalarında hansı faktlar, qaydalar və ya nəticə olmalıdır?
Fakt (bilik) Qayda Nəticə
1 Sokrat insandır. Bütün insanlar ölməyə
məhkumdur.
2 Leyla Sevincin qızıdır.
Sevinc Nigarın qızıdır.
Əgər A B-nin övladıdırsa
və B C-nin övladıdırsa,
onda A C-nin nəvəsidir.
3 a ədədi 2-dən böyük
sadə ədəddir.
a ədədi 2-yə
bölünmür.
4 Mühakimənin inkarının
inkarı onun özüdür.
Ayı yırtıcı heyvandır.
- İkinci mühakimədə hansı qayda çatışmır?
- 4-cü sətirdəki qayda məntiq elmində necə adlanır?
İntellektual informasiya sistemlərinin növlərindən biri də ekspert sistemləridir (expert systems). Bu növ proqramlar müəyyən faktlara və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir.
Açar
sözlər
Ekspert sistemləri
Biliklər bazası
Məntiqi nəticəçıxarma mexanizmi
Açıqlama modulu
Bulanıq məntiq
LISP
Prolog
Yuxarıda qeyd edildiyi kimi, ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktoqrafik biliklərinə və mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar. Ekspert sistemlərində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir: biliklər bazası və məntiqi nəticəçıxarma mexanizmi.