7. URL nədir?
A) İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün vebbrauzerin istifadə
etdiyi ünvan
B) IP protokoluna görə qurulmuş kompüter şəbəkəsinin hər bir bəndinə verilən
bənzərsiz şəbəkə ünvanı
C) HTML dilində nömrəli siyahı yaratmaq üçün teq
D) obyektlərin yaradılması və modelləşdirilməsi üçün proqramlaşdırma dili
E) mobil telefonlardan İnternetə qoşulmaq üçün HTML dilinin sadələşdirilmiş
versiyas
8. Cədvəldə axtarış sisteminə verilən sorğular göstərilib. Bu
sorğuların
nömrələrinin onlar əsasında tapılan veb-səhifələrin sayına görə azalan sıra
ilə düzülüşü necə olacaq?
Sorğunun nömrəsi
|
Sorğu
|
1
|
HTML OR Web
|
2
|
HTML OR Web OR CSS
|
3
|
HTML OR Web OR CSS OR
JavaScript
|
4
|
HTML AND CSS AND JavaScript
|
A) 4312
B) 1234
C) 3214
D) 3421
E) 2134
9.
“gmail.com” domenində “informatika” adlı poçt qutusunun ünvanının
düzgün yazılışı necə olacaq?
A) "informatika"@"gmail.com"
B) informatika@gmail.com
C) informatika.gmail.comv
D) "informatika" & gmail.com
E) http://www.informatika.gmail.com/
10.
Hostinq xidməti nədir?
A) proqram təminatının layihələndirilməsi, işlənib hazırlanması, tətbiqi və
müşayəti
B) proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi,
optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması
C) saytın İnternet şəbəkəsindəki serverdə yerləşdirilməsi, ona zəruri xidmətin
göstərilməsi
D) bir strukturun onunla eyni növdən olan başqa strukturun içərisinə qoyulması
E) saytların layihələndirilməsi, işlənib hazırlanması və yayılması