9. Gigabit Ethernet standartında verilənlərin maksimal ötürülmə sürəti nə
qədərdir?
A) 10 Gbit/san
D) 10 Mbit/san
B) 1000 Mbit/san
E) 5 Gbit/san
C) 100 Mbit/san
10. IEEE 802.3 standartına görə, Ethernet arxitekturasında şəbəkədəki
kompüterlərin maksimal sayı nə qədər ola bilər?
A) 100
D) 1024
B) 256
E) 2500
C) 500
11. Bunlardan hansı simsiz şəbəkə texnologiyası deyil?
A) Wi-Fi
D) hücrəsəl rabitə
B) WiMAX
E) Bluetooth
C) Ethernet
12. Uyğunluğu müəyyən edin.
1) əşyaların İnterneti
2) mobil İnternet
3) SMS
a) 1G
b) 2G
c) 3G
d) 4G
e) 5G
13. Server nədir?
A) şəbəkədəki istifadəçilər arasında dialoq aparan proqram
B) şəbəkədəki kompüterlərin qoşulduğu güclü kompüter
C) ümumi şəbəkəyə qoşulmuş istifadəçi kompüteri
D) şəbəkədə verilənlərin təqdimedilmə formasını və ötürülmə üsulunu
müəyyənləşdirən standart
E) fərqli rabitə protokolları ilə işləyən müxtəliftipli şəbəkələri birləşdirən qurğu
14. Bu şəbəkələrdən hansı məhdud coğrafi ərazini əhatə edir?
A) genişmiqyaslı şəbəkə
D) ekstranet şəbəkəsi
B) yerli şəbəkə
E) İnternet
C) intranet şəbəkəsi
15. Kompüter şəbəkəsinin ümumiləşdirilmiş həndəsi xarakteristikasına nə
deyilir?
A) şəbəkə texnologiyası
D) şəbəkə arxitekturası
B) şəbəkə protokolu
E) qraf
C) şəbəkə topologiyası
16. Şəbəkənin bütün kompüterlərinin bir mərkəzi qurğuya birləşdirildiyi
şəbəkə topologiyası necə adlanır?
A) şin
D) ilgək
B) ulduz
E) ağac
C) halqa