Bu maraqlıdır
Peyk naviqasiyasının yaradılması ideyası hələ 1950-ci illərdə
meydana çıxıb. SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılan
zaman bir qrup ABŞ alimi sovet peykindən gələn siqnalı müşahidə
edirdilər. Bu zaman onlar Dopler effekti səbəbindən qəbul edilən
siqnalın tezliyinin peyk yaxınlaşdıqda yüksəldiyini, uzaqlaşdıqda
isə azaldığını aşkarladılar. Bu kəşfin mahiyyəti ondan ibarətdir
ki, əgər Yerdə öz koordinatlarını dəqiq bilərsənsə, onda peykin
yerini və sürətini ölçmək mümkündür. Əksinə, peykin mövqeyini
dəqiq bilməklə öz koordinatlarını və sürətini müəyyən edə
bilərsən.
Hazırda coğrafi informasiya sistemlərinin geniş istifadə edildiyi
sahələrdən biri kadastr işləridir. Kadastr nələrin, yaxud kimlərinsə
siyahısı, reyestridir. Orada hər hansı obyektlər və ya hadisələr
haqqında sistemləşdirilmiş məlumatlar, onların keyfiyyət və kəmiyyət
göstəriciləri daxil edilib saxlanılır. Kadastrlar müvafiq
İnformasiya sistemləri
obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılmaqla tərtib
olunur.Onların, adətən, aşağıdakı növləri olur: su kadastrı,
torpaq kadastrı, iqlim kadastrı, meşə kadastrı, landşaft
kadastrı, mineral resurslar kadastrı və s.
Təyinatından asılı olmayaraq kadastr sistemi qeydiyyatı aparılan
obyekt haqqında müəyyən
qaydada nizamlanmış verilənlərdən ibarətdir.Başqa informasiya
sistemlərində olduğu kimi, burada da hər bir obyektə bənzərsiz kod
verilir. Ancaq kadastr sistemilərində obyektlərin əksəriyyəti fəza
xarakterli olduğundan bu sistemlərdə, adətən, coğrafi informasiya
sistemləri tətbiq edilir.
Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun
olaraq Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı”
layihəsi həyata keçirilib. Layihə çərçivəsində Gəncə və Şəkinin
bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr
məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması
nəzərdə tutulmuşdu.
Bu layihə haqqında ətraflı məlumat toplayın. Layihədə nəzərdə
tutulmuş işlər tam icra olunubmu? Bu sistemin dövlət və əmlak
sahibləri üçün hansı faydaları var?
Özünüzü yoxlayın
1. "Coğrafi informasiya sistemi"
nədir?
2. "Geoinformatika" nə ilə
məşğuldur?
3. İnformasiya qatlarında
nələr olur?
4. GPS necə işləyir?
5. "Kadastr sistemi" nədir və
onun coğrafi informasiya sistemləri ilə nə əlaqəsi var?