İnformasiya mənbəyi
İnformasiya qatları
Küçələr
Binalar
Bitkilər
Birləşdirilmiş
verilənlər
Əhatə dairəsinə görə bu sistemlər bir neçə kateqoriyaya ayrılır:
qlobal, subkontinental, milli, regional, subregional, lokal
(yerli).
Yer səthində və fəzada müxtəlif obyektlərin koordinatlarını və
sürətini avtomatik təyin etmək üçün
naviqasiya peyklərindən (navigation satellite)
istifadə olunur. Xüsusi qəbuledicinin köməyi ilə dünyanın
istənilən nöqtəsində koordinatları, eləcə də Yer səthində və ya
fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə
qlobal mövqetəyinetmə sistemi
(Global Positioning System, GPS) deyilir.GPS ("ci-pi-es" kimi
oxunur) sistemi ABŞ Müdafiə Nazirliyi tərəfindən
işlənib-hazırlanıb
və istismar olunur. Ancaq hazırda mülki məqsədlərlə də istifadəyə
açıqdır və bunun üçün naviqatorun, yaxud GPS qəbuledicisi olan hər
hansı aparatın (məsələn: smartfon) olması kifayətdir.
GPS üç əsas seqmentdən -
kosmik, idarəetmə və istifadəçi
seqmentlərindən ibarətdir. GPS peykləri siqnalı kosmosdan
translyasiya edir və bütün GPS qəbulediciləri gerçək zaman rejimində
öz koordinatlarını hesablamaq üçün bu siqnaldan istifadə edir.
Kosmik seqment Yerin orta orbitində fırlanan 32 süni peykdən
ibarətdir.