gvSIG proqramının baş pəncərəsi
Açar
sözlər
• Coğrafi informasiya
sistemi
• Geoinformatika
• Coğrafi verilənlər
• Fəza verilənləri
• İnformasiya qatları
• Naviqasiya peyki
• Qlobal mövqetəyinetmə
sistemi
• Kadastr sistemi
Coğrafi informasiya sistemlərinin işləməsi üçün çox güclü aparat
vasitələri - irihəcmli yaddasaxlama qurğuları, əksetdirmə
sistemləri, yüksəksürətli şəbəkə avadanlıqları tələb olunur.
Coğrafi informasiya sistemlərinin verilənlər bazası
informasiya qatları
yığını şəklində təşkil edilir. Əsas qat
coğrafi verilənlərdən ibarətdir. Onun üzərinə başqa bir qat -
verilmiş ərazidə yerləşən obyektlər (rabitə, sənaye, iaşə obyektləri
və başqa fəza verilənləri) haqqında informasiya daşıyan qat qoyulur.
Növbəti qatlarda bu obyektlər haqqında tam informasiya
detallaşdırılır və konkretləşdirilir. Qatların yaradılması və
üst-üstə qoyulması prosesində onlar arasında zəruri əlaqələr
qurulur.
Coğrafi informasiya sistemlərində verilənlər, adətən, gerçək
obyektləri (yolları, binaları, su hövzələrini, meşə massivlərini və
s.) təsvir edir. Belə obyektləri iki kateqoriyaya ayırmaq olar:
diskret (evlər, ərazi
zonaları və s.) və
kəsilməz (relyef,
yağıntıların səviyyəsi, orta illik temperatur) obyektlər. Bu iki
kateqoriyalı obyektləri göstərmək üçün vektor və rastr qrafikasından
istifadə olunur.
Coğrafi informasiya sistemləri xəritəçəkmə (kartoqrafıya),
geologiya, meteorologiya, Yer quruluşu, ekologiya, nəqliyyat,
iqtisadiyyat, müdafiə və bir sıra başqa sahələrdə tətbiq edilir.