Məsələ 2.
"Formula-1" avtomobil yarışmasının azarkeşləri olan üç dost yarışın
Azərbaycan "Qran-Prisi"nin gözlənilən nəticələri barədə mübahisə edir.
- Baxarsan, Ricciardo finişə birinci çatmayacaq, - Orxan dedi. Birinci
Hamilton olacaq.
- Yox, qalib Ricciardo olacaq, - Toğrul dilləndi. - Bottas haqqında
danışmağına belə dəyməz, o, birinci olabilməz.
Əhməd özündən çıxdı:
- Hamilton birinci yeri görməyəcək, ən güclü maşın Bottasdadır.
Yarışın sonunda məlum oldu ki, iki dostun hər bir fərziyyəsi doğru çıxdı,
ancaq üçüncü dostun hər iki fərziyyəsi isə doğru olmadı. Yarışın qalibi
kim oldu?
Həlli. Məntiqi mülahizələri aşağıdakı kimi işarələyək:
R - Ricciardo qalib olacaq; H
- Hamilton qalib olacaq; B - Bottas qalib olacaq. Toğrulun
"ən güclü maşın isə
Bottasdadır" fikrində bu yarışçının tutacağı yer haqqında heç bir mülahizə
olmadığından sonrakı mühakimələrdə nəzərə alınmayacaq.
Dostların hər birinin mülahizəsini qeyd edək:
Orxan:
R H,
Toğrul: R
B
Əhməd: H .
İki dostun fərziyyələrinin doğru çıxdığını, üçüncünün isə doğru olmadığını nəzərə
alsaq, onda doğru mülahizə aşağıdakı şəkildə olacaq:
İndi məntiq cəbrinin uyğun qanunlarını tətbiq etməklə bu ifadəm sadələşdirək.
R - B - H mülahizəsi yalnız R= 1,B = 0, H=0 halında doğrudur. Deməli, yarışın
qalibi Ricciardo oldu.