Kompüter yolda sıradan çıxdı və idarəetmə panelində x lampası yandı. Təlimatı
diqqətlə öyrənən səyyah kompüteri təmir edə bildi. Ancaq bu andan başlayaraq
səyahətin sonunadək onu həyəcan tərk etmədi. O, təlimatın nöqsanlı olduğunu və
müəyyən hallarda onun yararsız olduğunu aşkarlamışdı. Səyyah hansı bəndləri
dəyişdirdi? Təlimatda o hansı boşluqları aşkarladı?
Həlli. Məntiqi mülahizələri aşağıdakı kimi işarələyək:
a - a bloku nasazdır; x - x lampası yanır;
b - b bloku nasazdır; y -y lampası yanır;
c - c bloku nasazdır; z-z lampası yanır.
Onda təlimatın 1-5 qaydalarını aşağıdakı düsturlarla ifadə etmək olar:
Məsələnin şərtinə görə, 1-5 düsturları doğrudur, ona görə də onların konyuksiyası
da doğrudur:
İmplikasiyanı dizyunksiya və inkar vasitəsilə ifadə etsək (
a
b = a v b), alarıq:
Bu eynilikdə konkret x = 1,y = 0, z = 0 doğruluq qiymətlərim yerinə qoysaq,
alarıq:
Buradan
çıxır ki,
a = 0, b = 1, c =1.
Beləliklə, məsələnin birinci sualının cavabı belə olacaq: b və c bloklarını dəyişmək
lazımdır, a blokunu isə dəyişməyə gərək yoxdur. Məsələnin ikinci sualına isə özünüz
cavab verməyə çalışın.