1.3
COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ
• "Coğrafiya" fənni nəyi öyrənir?
• Xəritə üzərində coğrafi obyektlərin yeri necə təyin olunur?
FƏALİYYƏT
Xəritə üzərində yaşadığınız bölgənin koordinatlarını müəyyən edin.
- Azərbaycan Respublikası hansı paralel və meridianların arasında
yerləşir?
- "Coğrafi enlik" və "coğrafi uzunluq" nədir və onlar nə ilə ölçü
- Ekvatorun coğrafi enliyi nəyə bərabərdir?
- Hansı meridianın coğrafi uzunluğu 0°-dir?
Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri
təsvir edən verilənlərə
coğrafi verilənlər (geographic data)
və ya
fəza verilənləri (spatial data)
deyilir. Bu verilənlər obyektlərin Yer səthindəki yerlərini
göstərir. Hər bir obyekt (ölkə, bölgə, şəhər, yollar və s.) ona
verilmiş atribut və əməliyyatlar vasitəsilə təsvir edilir.
Atributlar mətn, ədədlər,
qrafik, audio və video şəklində verilənlərdir.
Hazırda
coğrafi informasiya sistemləri (geographic Information systems,
GIS)
daha geniş yayılır. Bu sistemlər coğrafi və ya fəza verilənləri də
daxil olmaqla hər növ verilənlərin emalı üçün nəzərdə tutulub.
Coğrafi informasiya sistemlərinin verilənlərin emalı üçün nəzərdə
tutulub. Coğrafi informasiya sistemlərinin layihələndirilməsi,
yaradılması və istifadəsinin elmi, texniki, texnoloji və tətbiqi
məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır.