Aşağıdakı şəkildə triggerin VƏYA-DEYİL qapıları vasitəsilə gerçəkləşməsi göstərilib.
Triggerin doğruluq cədvəli |
S |
R |
Q
|
Q
|
0
0
1
1
|
0
1
0
1
|
0
1
bitin saxlanması
qadağandır
1
0
|
Triggerin bu sxemindən və doğruluq cədvəlindən istifadə etməklə R və S girişlərinin
qiymətlərinin mümkün kombinasiyalarını təhlil edək.
1.
Əgər triggerin girişinə S = "1",R= "0" verilərsə, yuxarıdakı qapının Q
çıxışında "1" alınacaq. Bundan sonra aşağıdakı qapının girişində R =
"0", Q və Q çıxışları isə uyğun olaraq "1" və "0" olacaq.
2.
Eynilə S girişinə "0", R girişinə isə məntiqi "1" verildikdə Q çıxışında
"1", Q çıxışında isə "0" alınacaq.
3.
Əgər hər iki R və S girişinə məntiqi "0" verilərsə, onda Q və Q
çıxışlarının vəziyyəti dəyişməyəcək.
4.
Hər iki R və S girişinə məntiqi "1" verilməsi birqiymətli olmayan
nəticəyə səbəb ola bilər. Ona görə də giriş siqnallarının bu
kombinasiyası qadağandır.
Bir trigger ikilik kodun yalnız bir mərtəbəsini yadda saxlaya bildiyindən bir baytı
saxlamaq üçün 8 trigger, 1 kilobaytı saxlamaq üçünsə 8 x 210 = 8192 sayda
trigger
lazımdır. Müasir yaddaş mikrosxemlərində milyonlarla trigger olur.
Kompüterin daha bir vacib məntiqi elementi toplayıcıdır. Toplayıcı
(adder) və ya
summator ikilik ədədlərin toplanmasını yerinə yetirən
məntiqi sxemdir. Toplayıcı,
ilk növbədə, kompüterin hesab və məntiq qurğusunun (arithmetic and
logic unit,
ALU) mərkəzi bəndidir, ancaq ondan kompüterin başqa qurğularında da istifadə
olunur. Toplayıcıların iki növü var: yarıtoplayıcı və tam
toplayıcı.