və ya VƏ sxemi adlanır. İkinci qapı ya birinci, ya da
ikinci açar qapandıqda lampanı
yandırdığından bu qapıya VƏYA qapısı (OR gate) və ya VƏYA sxemi deyilir.
Daha bir növ qapı ilə tanış olaq: bu qapının girişinə 1 qiyməti verildikdə çıxışında 0
qiyməti və əksinə, girişə 0 verildikdə çıxışda 1 alınır. Bu qapı məntiqi inkar əməli
kimi işlədiyindən həmin qapını DEYİL qapısı (NOT gate) və
ya DEYİL sxemi
adlandırırlar.
Bu üç növ qapı şərti olaraq belə gostərilir:
VƏ qapısı
|
VƏYA qapısı
|
DEYİL qapısı
|
|
|
|
Nəzərə almaq lazımdır ki, bütün qapıların bir çıxışı olsa da, VƏ və VƏYA
qapılarının ikidən artıq (adətən, ikidən səkkizədək) girişi ola bilər. Məntiqi əməllər
kimi, qapıların da iş prinsipini doğruluq cədvəlləri
şəklində göstərmək olar; məsələn,
VƏ qapısının doğruluq cədvəli belə olacaq:
AND (VƏ) qapısının doğruluq cədvəli |
1-ci giriş |
2-ci giriş |
Çıxış
|
0
0
1
1
|
0
1
0
1
|
0
0
0
1
|
VƏ, VƏYA və DEYİL elektron sxemləri kompüterin məntiqi elementləridir. İndi
kompüterin başqa məntiqi elementləri - trigger və summator
ilə tanış olaq.
Trigger ikilik kodun bir mərtəbəsini yadda saxlamaq üçün
tətbiq olunan elektron
sxemdir. Triggerin iki dayanıqlı vəziyyəti olur: onlardan biri ikilik 1-ə, o biri isə
ikilik 0-a uyğundur.
Ən geniş yayılmış trigger növü RS-triggerdir (burada S və R uyğun olaraq ingiliscə
set və reset sözlərini bildirir). Onu şərti olaraq belə işarə edirlər:
Bu triggerin iki simmetrik girişi (R və S) və iki simmetrik çıxışı var (Q və
Q ). S və
R girişlərinin hər birinə qısamüddətli impulslar şəklində
giriş siqnalları
verilə bilər. Girişdə impulsun olmasını 1, olmamasını isə 0 kimi qəbul edək.