D
KOMPÜTERİN MƏNTİQİ ƏSASLARI
Kompüterdə ikilik say sistemindən istifadə edildiyini bilirsiniz. İkilik sistemin
seçilməsi bu sistemdə cəmi iki rəqəmin olması ilə bağlıdır, çünki bu iki rəqəmi
texniki vasitələrin (məsələn: elektrik cərəyanı və ya işıq şüasının) köməyi ilə asanca
"kodlaşdırmaq" olur. İkilik say sisteminin 0 rəqəmi cərəyanın (şüanın) keçmədiyini,
1 rəqəmi isə cərəyanın (şüanın) keçdiyini göstərə bilər. Rəqəmlərin bu qayda ilə
təqdim olunması zamanı ədədlər üzərindəki əməlləri cərəyanın və ya işığın açılması
(yandırılması) və bağlanmasının (söndürülməsi) uyğun kombinasiyaları vasitəsilə
yerinə yetirilir. Ona görə də istənilən elektron hesablama maşınını bir-biri ilə
birləşdirilmiş elektrik (və ya işıq) açarlarının yığını kimi təsəvvür etmək olar.
İki elektrik açarını dövrəyə iki üsulla qoşmağın mümkünlüyünü fizika fənnindən
bilirsiniz.
Birinci variant ardıcıl birləşmə, ikinci isə paralel birləşmə adlanır. Aydındır ki,
birinci halda yalnız hər iki açar qapandıqda dövrədən cərəyan keçir (lampa yanır).
İkinci halda isə dövrədən cərəyanın keçməsi (lampanın yanması) üçün, heç olmasa,
bir açarın qapalı olması kifayətdir.
Belə konstruksiyalara qapı və ya ventil (gate) deyilir. Birinci qapı yalnız və yalnız
həm birinci, həm də ikinci açar qapandıqda lampanı yandırdığından bu qapı məntiqi
vurma (konyuksiya) əməli kimi işləyir. Ona görə də belə qapı VƏ qapısı (AND gate)