Məntiqi toplama əməlinin nəticəsi o zaman doğru olur ki, ya
A, ya
B, yaxud
A və
B eyni zamanda doğrudur.
Nəticə o zaman yalan olacaq ki, A və B eyni zamanda yalan olsun.
Məntiqi toplama əməlinin doğruluq cədvəli |
A |
B |
A
B
|
Doğru |
Doğru |
Doğru |
Doğru |
Yalan |
Doğru |
Yalan |
Doğru |
Doğru |
Yalan |
Yalan |
Yalan |
Əgər
A mülahizəsi
“p cüt ədəddir”, yəni p =
{2, 4, 6, 8, 10, ....}, B mülahizəsi
“p 3- ə bölünür”, yəni p =
{3, 6, 9, 12, 15, ....} olarsa, onda A
B məntiqi əməlinin nəticəsi p ={2,3, 4,6,8, 9, 10, ....}, yəni iki
çoxluğun birləşməsi olacaq.
Məntiqi vurma (konyuksiya).
Məntiqi vurma binar əməldir, çünki onda iki mülahizə iştirak edir.
Bu əməli "VƏ" bağlayıcısı,
və ya " &" simvolu, bəzən isə
simvolu ilə işarə edirlər. Məntiqi vurma əməlinin nəticəsi yalnız o
zaman doğru olur ki, A və B eyni zamanda doğru olsun.
Məntiqi vurma əməlinin doğruluq cədvəli |
A |
B |
A
B
|
Doğru |
Doğru |
Doğru |
Doğru |
Yalan |
Yalan |
Yalan |
Doğru |
Yalan |
Yalan |
Yalan |
Yalan |
Əgər
A mülahizəsi
“p 5-ə bölünür”, yəni
p = {5, 10, 15, 20, 25,
....}, B mülahizəsi “p 20-dən kiçikdir”, yəni p = {1, 2, 3, 4, 5,
...,19} olarsa, onda A
B məntiqi əməlinin nəticəsi p = {5, 10, 15}, yəni iki çoxluğun
kəsişməsi olacaq.
Məntiqi toplama və məntiqi vurma əməllərinin işarələrini
qarışdırmamaq üçün belə bir “fakta” diqqət edin: məntiqi toplama
daha “üzüyola”dır (“heç olmasa, nəsə olsun”), məntiqi vurma isə
''ciddidir'' (“ya hər şey, ya da heç nə”).
MƏNTİQİ TOPLAMA
MƏNTİQİ VURMA
Verilmiş A,B və C mülahizələri arasında aşağıdakı eynilik doğrudur:
Məntiq cəbri ilə adi cəbr arasında paralel mövcuddur, belə ki,
və
simvollarının fəaliyyəti adi cəbrdəki x və + əməllərinə çox
bənzəyir:
x ✕ (y + z) = (x
✕ y) + (x
✕ z).
Belə bənzərlikdən istisnalar da vardır.